Füzuli – Zəfərin və dirçəlişin rəmzi
16.10.2025 [21:09]
Tarixin tozlu səhifələrində bəzən bir gün bir əsrə bərabər olur. Azərbaycan üçün 17 oktyabr da məhz belə günlərdəndir, unudulmaz, qürurlu, zəfər dolu bir gün. 2020-ci ilin həmin payız səhərində Azərbaycan əsgərinin ayaq səsləri illərlə susmuş Füzuli torpaqlarında azadlıq nəğməsi kimi səsləndi. Bu səslər yalnız düşməni torpaqdan deyil, illərlə ürəklərdə yığılıb qalmış nisgili də qovdu.
Füzuli, Yalnız bir coğrafi ərazi, bir şəhər deyil. O, illərlə sinəsi dağlı ana torpağın gözlərində donmuş yaşdır. Və o yaşlar 17 oktyabrda sevincə çevrildi. Füzuli torpağı nəhayət ki, övladlarını bağrına basa bildi. Vətənin mərd oğulları, sinəsində şəhidlik medalı kimi daşıdığı arzuları gerçəyə çevirdilər.
Füzuli uğrunda gedən döyüşlər təkcə hərbi əməliyyat deyildi bu, həm də haqqla nahaqqın, işıqla qaranlığın savaşında ədalətin zəfəri idi. Azərbaycan əsgəri dağları, dərələri, səngərləri keçərək, illərlə düşmənin "keçilməz" dediyi müdafiə xəttini çökdürdü. Bu qələbə sübut etdi ki, vətən eşqi ilə döyünən ürəklərin qarşısında heç bir sədd dayana bilməz.
İllərlə düşmən tapdağında qalan Füzuli yerlə-yeksan edilmişdi. Şəhərin küçələri viran, divarları susqun, yolları isə göz yaşı kimi səssiz idi. Lakin bu səssizlik arxasında böyük bir intizar, böyük bir ümid yatırdı. Və nəhayət, o gün gəldi, Füzuli azad olundu! Və o gündən sonra bu torpağın taleyi dəyişdi, bu yerlərdə həyat yenidən cücərməyə başladı.
İndi Füzuli dirçəlir. Hər daşında, hər küçəsində, ucalan hər binasında bir ümid var. Burada tikilən hər ev, salınan hər yol təkcə infrastruktur deyil, bu, həm də milli ruhun, tarixi yaddaşın bərpasıdır. Füzuli Beynəlxalq Hava Limanının tikintisi isə dünyanın diqqətini bu qəhrəman torpağa yönəldən, onun strateji və simvolik əhəmiyyətini bir daha vurğulayan mühüm bir addımdır.
Bu gün Füzuli nəinki azaddır, o həm də doğmadır. O, xalqımızın yaddaşında igidliyin və yenilməzliyin simvoludur. Hər qarışı şəhid qanı ilə sulanmış bu torpaq, indi azad nəfəs alır. Burada artıq bayrağımız dalğalanır, azan səsi eşidilir, uşaq gülüşü havaya qarışır.
17 oktyabr bu tarix indi qəlblərdə şəhidlərin xatirəsi ilə yanaşı, qürurla yaşayır. Bu gün təkcə bir şəhərin deyil, bir xalqın, bir millətin haqq savaşında əldə etdiyi möhtəşəm zəfərin tarixidir. Və bu zəfər, zaman keçdikcə daha da böyüyəcək, nəsildən-nəslə ötürüləcək, Füzuli isə daim azad, abad və əbədi yaşayacaq.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

