YAP Gədəbəy rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirir
05.10.2013 [11:26]
Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı dünən rayonun Dəyirmandağ və Söyüdlü kəndlərində görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib ki, kampaniya çərçivəsində keçirilən görüşlərdə Gədəbəy sakinləri böyük fəallıq göstəriblər. Onun sözlərinə görə, görüşlərdə iştirak edən insanların sayı və yüksək əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, gədəbəylilər 9 oktyabr tarixində səsvermədə aktiv iştirak edəcək və xalqın gələcəyinin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər: “Prezident İlham Əliyev sözünə sadiq dövlət başçısıdır. Ötən 10 ilə, eləcə də, Prezident İlham Əliyevin verdiyi vədlərə nəzər salsaq, görərik ki, dövlət başçısı İlham Əliyev bütün vədlərinə tam əməl edib. Ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Ölkənin hər yerində yeni-yeni sosial obyektlər inşa edilir və istifadəyə verilir. Respublikada yaradılan yeni müəssisələr hesabına bir milyondan artıq iş yerləri açılıb. Artıq insanların maddi rifah halı ötən illərə nəzərən daha da yaxşılaşıb. Əgər siz bütün bu işlərin davam etdirilməsini istəyirsinizsə, cənab İlham Əliyevə səs verin. Prezident İlham Əliyev daima Azərbaycan xalqının maraqlarını müdafiə edib və bundan sonra da edəcək. Bu səbəbdən mən sizi 9 oktyabr tarixində YAP-ın namizədinə səs verməyə çağırıram”.
Sonra çıxış edən millət vəkili Sevinc Hüseynova isə qeyd edib ki, o, gədəbəylilərlə bir neçə görüşdə iştirak edib və bu səbəbdən Gədəbəy sakinlərinin Prezident İlham Əliyevə olan sevgisi, dəstəyi və hörməti çox yüksəkdir: “Prezident İlham Əliyevin onillik fəaliyyəti dövründə Gədəbəy rayonu sürətlə inkişaf edib. Bu dövrdə rayonda inşa edilərək istifadəyə verilmiş təhsil, səhiyyə ocaqlarının, müəssisələrin sayı həddən artıq çoxdur. Bütün bunlar Prezident İlham Əliyevin gədəbəylilərə olan sevgisi, hörməti və diqqətini sübut edir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlu siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Düşünürəm ki, mənim kimi siz gədəbəylilər də güclü Azərbaycanın vətəndaşı olmaqdan qürur duyursunuz. Eşq olsun bu şəraiti bizim üçün yaradan Prezidentimiz İlham Əliyevə”.
Görüşdə çıxış edən professor İzzət Rüstəmov isə son 10 ildə Azərbaycanın sürətlə inkişaf etdiyini və xalqımızın maddi rifah halının daha da yaxşılaşdığını vurğulayıb: “Mən sizi bir ziyalı kimi Azərbaycanı uğurlu sabaha, gələcəyə aparan, xalqımızı bütün bəlalardan qoruyan Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Sonra rayon sakinləri Fariz Məmmədhəsənov və Qurban Qasımov da dövlət başçısının son 10 ildə həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, yeni-yeni nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

