Zəfərin parlaq səhifəsindən biri də Qubadlıdır
24.10.2025 [15:51]
Azərbaycan tarixinin ən şanlı günlərindən biri olan 25 oktyabr 2020-ci il xalqımızın yaddaşına Qubadlının azad edildiyi gün kimi əbədi həkk olunub. Bu gün təkcə bir şəhərin azadlığı deyil, həm də Azərbaycan xalqının milli qürurunun, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyinin və rəşadətli Ordumuzun qəhrəmanlığının təntənəsidir. Qubadlı 27 il düşmən tapdağı altında qaldı. 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon tamamilə dağıdılmış, kəndlər viran edilmiş, minlərlə ailə doğma yurdlarından didərgin salınmışdı. Düşmən yalnız torpağımızı işğal etməmiş, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinə qarşı vandalizm siyasəti həyata keçirmişdi. Məscidlər, məktəblər, körpülər və yaşayış evləri yerlə yeksan edilmiş, torpaq amansızlıqla talan olunmuşdu. Lakin Azərbaycan xalqı ədalətin gec-tez bərpa olunacağına inanırdı. Bu inamın, bu iradənin rəmzi isə cənab Prezident İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb” sözlərində öz ən ali ifadəsini tapdı. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Bu müharibədə Qubadlının azadlığı uğrunda döyüşlər xüsusi strateji əhəmiyyət daşıyırdı. Qubadlı şəhəri və ətraf ərazilər düşmən tərəfindən möhkəm müdafiə xəttinə çevrilmişdi. Yüksəkliklərdə yerləşən istehkamlar Ordumuzun irəliləməsini çətinləşdirirdi. Lakin Azərbaycan Ordusu müasir döyüş taktikası, yüksək peşəkarlıq və böyük fədakarlıq göstərərək bu istehkamları bir-bir yarıb keçdi. Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad edildi, strateji yüksəkliklər ələ keçirildi və 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri tam azad olundu. Bu tarixi qələbə Azərbaycanın müharibədə üstünlüyünü möhkəmləndirdi və Zəfər Gününə aparan yolun əsas mərhələlərindən biri oldu.
Qubadlı rayonu Qarabağ yaylasının cənub-şərqində, gözəllik və zənginlik baxımından nadir ərazilərdən biridir. Ərazidən Bərgüşad və Həkəri çayları axır, torpaqları məhsuldar, iqlimi kənd təsərrüfatı üçün əlverişlidir. İşğaldan əvvəl bu torpaqlarda taxıl, tütün, üzüm və bostan məhsulları becərilir, heyvandarlıq əsas məşğuliyyət sahəsi idi. Rayon həmçinin mərmərləşmiş əhəng daşı, yəşəm, mişar daşı və əqiq yataqları ilə də tanınırdı. Bu potensial bu gün yenidən dəyərləndirilir, bərpa olunur və müasir texnologiyalarla birləşdirilərək iqtisadi inkişafın əsasına çevrilir. Qubadlının azad edilməsindən sonra cənab Prezident İlham Əliyev dəfələrlə bu torpaqlara səfər edib. Bu səfərlər həm dövlətin diqqət və qayğısının, həm də yenidənqurma işlərinin sistemli şəkildə həyata keçirilməsinin bariz nümunəsidir. 23 dekabr 2020 – Qubadlıda Azərbaycan bayrağı ucaldıldı. 25 oktyabr 2021 – “Qubadlı” yarımstansiyasının və Xanlıq-Qubadlı yolunun təməli qoyuldu, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açıldı. 19 oktyabr 2022 – “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq oldu. 4 may 2023 – Qubadlı şəhərində ilk yaşayış məhəlləsi, inzibati bina, məktəb və xəstəxananın təməlqoyma mərasimləri keçirildi. Bu səfərlərdə cənab Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, azad edilmiş torpaqların bərpası dövlətin əsas prioritetidir və Qubadlı Azərbaycanın gələcək inkişaf xəritəsində mühüm yer tutur.
Bu gün Qubadlı böyük quruculuq meydanına çevrilib. Burada inşa edilən yeddi yarımstansiya, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları, “Qubadlı” gömrük postu və digər mühüm infrastruktur layihələr bölgənin iqtisadi və strateji əhəmiyyətini artırır. Qubadlıda aparılan yenidənqurma işləri yalnız fiziki quruculuq deyil, həm də xalqın ruhunun dirçəlişi, torpaqla və tarixlə birləşməsi deməkdir. Bu gün orada yeni məktəblər, xəstəxanalar, yaşayış massivləri, kənd təsərrüfatı sahələri yaradılır. Qubadlı müasir texnologiyalı, yaşıl enerji prinsipləri üzərində qurulan gələcəyin şəhərinə çevrilir. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr “Qubadlı şəhəri günü” kimi təsis edilib. Bu qərar yalnız bir rayonun tarixini deyil, Zəfərin dövlət səviyyəsində əbədiləşdirilməsini təcəssüm etdirir. Həmçinin, “Qubadlının azad olunmasına görə” medalı ilə 15 min 209 hərbi qulluqçunun təltif edilməsi dövlətimizin Ordusuna və qəhrəman oğullarına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Qubadlıya qayıdış xalqın öz köklərinə, tarixinə və gələcəyinə qayıdışıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaq yenə də Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin və dövlətçilik ruhunun parlaq rəmzi olacaq. 25 oktyabr – Qubadlı şəhəri günü isə bu qürurun, bu zəfərin və bu əzmin bayramıdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

