Slovakiya ilə münasibətlərdə YENİ MƏRHƏLƏ
10.12.2025 [21:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasında rəsmi səfərdə olub. Bu səfər çərçivəsində dövlət başçısı Slovakiyanın ali rəhbərliyi ilə bir sıra görüşlər keçirib, ikitərəfli münasibətlərin inkişaf istiqamətləri hərtərəfli müzakirə olunub.
Görüşlərdən sonra Prezident İlham Əliyev və Slovakiya Prezidenti mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Slovakiya əlaqələri qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq xətti üzrə inkişaf edir və bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi üçün real imkanlar mövcuddur.
Dövlət başçısı çıxışında enerji əməkdaşlığının xüsusi yer tutduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan qazı artıq Slovakiya bazarına daxil olub və bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyev eyni zamanda nəqliyyat və tranzit potensialına toxunub. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrildiyini bildirən dövlət başçısı bu sahədə Slovakiya ilə birgə layihələrin həyata keçirilməsinin perspektivli olduğunu qeyd edib.
Bəyanatlarda sənaye, müdafiə sahəsi və innovativ texnologiyalar üzrə əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Tərəflər birgə istehsal, investisiya layihələri və texnoloji təcrübə mübadiləsi mövzularında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev çıxışında Slovakiya nümayəndə heyətinin Azərbaycanda keçirilən Zəfər Günü tədbirlərində iştirakını xüsusi məmnunluqla xatırladıb. Dövlət başçısı bildirib ki, bir ay əvvəl – noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsində Qələbənin beşinci ildönümünü qeyd edib və həmin tədbirdə Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin iştirakı ölkəmizdə böyük məmnunluqla qarşılanıb.
Prezident İlham Əliyev Azərbaycanın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar olduğunu bir daha vurğulayıb və rəsmi Bratislavanın ölkəmizin ərazi bütövlüyünə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər və əməkdaşlıq memorandumu imzalanıb. Bu razılaşmalar münasibətlərin praktiki müstəvidə daha da genişlənməsinə zəmin yaradır.
Beləliklə, Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlığın daha da möhkəmləndiyini və siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, sənaye və humanitar sahələrdə əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyini bir daha nümayiş etdirir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

