Humanizm və hüquqi dövlətçilik nümunəsi
18.12.2025 [19:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ölkədə həyata keçirilən ardıcıl hüquqi islahatların, humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin və sosial ədalətə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu təşəbbüs dövlət başçısının insan hüquq və azadlıqlarının qorunmasına, cəmiyyətə reinteqrasiyaya və hüquqi dövlət quruculuğuna verdiyi önəmi bir daha nümayiş etdirir.
Amnistiya aktları Azərbaycan dövlətinin hüquq sistemində xüsusi yer tutur və adətən əlamətdar tarixi hadisələr, milli bayramlar və ya mühüm ictimai-siyasi proseslərlə əlaqədar olaraq həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiyalar minlərlə insana şamil olunmaqla, onların cəzadan azad edilməsinə, yaxud cəzanın yüngülləşdirilməsinə imkan yaradıb. Bu isə təkcə hüquqi deyil, həm də dərin sosial və mənəvi məna daşıyır.
Prezident İlham Əliyev amnistiya təşəbbüsləri vasitəsilə dövlətin cəza siyasətində yalnız cəzalandırmaya deyil, eyni zamanda islah və tərbiyəedici yanaşmaya üstünlük verdiyini göstərir. Amnistiya aktları xüsusilə az ağır və ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxslərin, qadınların, yetkinlik yaşına çatmayanların, yaşlıların və sosial həssas qrupların cəmiyyətə yenidən qazandırılmasına xidmət edir. Bu təşəbbüs eyni zamanda ailə institutunun möhkəmləndirilməsinə, sosial sabitliyin qorunmasına və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, normal həyata qayıtması cəmiyyətin ümumi rifahına müsbət təsir göstərir.
Qeyd edilməlidir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən amnistiya siyasəti Azərbaycanın beynəlxalq insan hüquqları standartlarına sadiqliyini də təsdiqləyir. Bu addımlar ölkənin hüquqi, demokratik və sosial dövlət kimi inkişaf yolunda qətiyyətlə irəlilədiyini göstərir. Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü təkcə hüquqi akt deyil, eyni zamanda mərhəmət, humanizm və sosial ədalət prinsiplərinə söykənən yüksək dövlətçilik təfəkkürünün təzahürüdür. Bu təşəbbüs Azərbaycan dövlətinin gücünü, humanist mahiyyətini və vətəndaşına verdiyi dəyəri aydın şəkildə ortaya qoyur.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

