Qazaxda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
26.12.2025 [18:29]
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə “Müstəqil, suveren Azərbaycanın uğurları milli birliyin, milli həmrəyliyin təntənəsidir!” mövzusunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, şəhid atası Müqabil Məmmədov, partiya fəallarından Esmira Şıxməmmədova, Aynurə Abbasova, partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı çıxış ediblər.
Çıxışlarda 2025-ci il “Konstitusiya və Suverenlik İli”nin respublikamız üçün çox uğurlu, əlamətdar, nailiyyətlərlə zəngin bir il olduğu qeyd olunub. Natiqlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə göstərdiyi müstəsna xidmətlərdən, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıblar. Onlar müstəqil, suveren Azərbaycanın uğurlarının təməlində məhz milli birlik və həmrəyliyin dayandığını xüsusi vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Konstitusiya dəyərlərinə sadiqlik və suverenliyin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Milli həmrəyliyin qorunması cəmiyyətin dayanıqlı inkişafı və ictimai sabitliyin təmin olunmasında həlledici rol oynayır. Bu dəyərlər ətrafında formalaşan ümumxalq həmrəyliyi gələcək hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə YAP Qazax rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təltif olunub. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

