Dövlət–Diaspor münasibətlərinin yeni modeli
30.12.2025 [21:05]
Müasir beynəlxalq münasibətlər sistemində diaspor amili dövlətlərin xarici siyasətində və milli maraqlarının müdafiəsində mühüm alətə çevrilmişdir. Azərbaycan Respublikasında dövlət–diaspor münasibətlərinin formalaşdırılması və inkişafı isə müstəqillik dövrünün ən mühüm strateji istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu münasibətlərin yeni və sistemli modelinin əsası 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən I Qurultayadək Azərbaycan diasporu pərakəndə xarakter daşıyır, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların fəaliyyəti vahid mərkəzdən koordinasiya olunmurdu. I Qurultay bu boşluğu aradan qaldıraraq dövlət–diaspor münasibətlərini təsadüfi təşəbbüslərdən çıxarıb institusional və strateji müstəviyə keçirdi. İlk dəfə olaraq diaspor dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi qəbul edildi.
Heydər Əliyev öz çıxışlarında açıq şəkildə bildirirdi ki, diaspora yalnız mədəni əlaqələri qoruyan struktur deyil, eyni zamanda Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edən siyasi qüvvədir. Bu yanaşma dövlət–diaspor münasibətlərinin yeni modelinin ideoloji əsasını təşkil etdi. Dövlət və diaspora arasında qarşılıqlı məsuliyyət, etimad və məqsəd birliyi formalaşdırıldı.
Sonrakı illərdə bu model Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildi. Dövlət–diaspor münasibətləri sadəcə əlaqə və dəstək formatından çıxaraq koordinasiya, planlaşdırma və nəticəyönümlü fəaliyyət mərhələsinə keçdi. Diaspor təşkilatlarının vahid mövqedən çıxış etməsi, informasiya siyasətində aktiv iştirakı və beynəlxalq ictimai rəyə təsir imkanlarının genişləndirilməsi bu modelin əsas hədəflərindən oldu.
Xüsusilə Qarabağ münaqişəsi dövründə dövlət–diaspor münasibətlərinin yeni modeli öz real nəticələrini göstərdi. Ermənistanın uzun illər apardığı təbliğata qarşı Azərbaycan diasporu artıq daha hazırlıqlı, koordinasiyalı və peşəkar şəkildə çıxış etməyə başladı. Dövlət tərəfindən verilən siyasi və ideoloji dəstək diaspor təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ yaratdı.
2020-ci ildə qazanılan Qarabağ Zəfəri bu modelin səmərəliliyini tam şəkildə təsdiqlədi. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə diaspor təşkilatları beynəlxalq mediada, ictimai-siyasi dairələrdə və sosial platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiəsində fəal rol oynadılar. Bu fəaliyyət dövlət–diaspor münasibətlərinin artıq sinxron və qarşılıqlı gücləndirici xarakter daşıdığını nümayiş etdirdi.
2022-ci ildə Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı dövlət–diaspor münasibətlərinin yeni modelinin məntiqi yekunu və eyni zamanda yeni mərhələsinin başlanğıcı oldu. Prezident İlham Əliyev bu qurultayda çıxış edərək vurğuladı ki, diaspor təşkilatları yalnız tarixi həqiqətlərin müdafiəçisi deyil, həm də postmünaqişə dövründə Azərbaycanın yeni reallıqlarının beynəlxalq aləmdə qəbul etdirilməsində mühüm rol oynamalıdır.
Şuşa Qurultayı göstərdi ki, dövlət–diaspor münasibətləri artıq yalnız müdafiə xarakteri daşımır. Bu münasibətlər hücumçu informasiya siyasəti, strateji kommunikasiya və uzunmüddətli planlaşdırma elementlərini də özündə birləşdirir. Diaspor Azərbaycan dövlətinin xarici siyasətinin tamamlayıcı elementi kimi çıxış etməyə başlayır.
Yeni modelin əsas xüsusiyyətlərindən biri də ideoloji vahidliyin təmin edilməsidir. Azərbaycançılıq ideologiyası dövlət və diaspora arasında ortaq dəyər sistemi kimi çıxış edir. Bu ideologiya milli kimliyi qorumaqla yanaşı, müasir çağırışlara uyğun siyasi mövqe formalaşdırır.
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının I Qurultayında əsası qoyulan və V Qurultayda yeni mərhələyə yüksələn dövlət–diaspor münasibətləri modeli müasir Azərbaycan dövlətçiliyinin mühüm nailiyyətlərindən biridir. Bu model milli maraqların qorunması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və dünya azərbaycanlılarının vahid siyasi iradə ətrafında birləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Coşqun Dadaşov,
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

