/ / Yeni Azərbaycan Partiyası xalqımızın və dövlətimizin maraqlarına, Azərbaycanın inkişafına xidmət edir
Yeni Azərbaycan Partiyası xalqımızın və dövlətimizin maraqlarına, Azərbaycanın inkişafına xidmət edir
21.11.2013 [09:47]
YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə partiyanın Gənclər Birliyi tərəfindən tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranıb: “YAP yaranarkən öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Ümummilli lider Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. YAP Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında indiki Azərbaycanı - yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu. Bu gün isə müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlara imza atır, dünya miqyasında qəbul olunan güclü dövlətə çevrilib”.
Daha sonra çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli isə deyib ki, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığı təkzibolunmaz faktdır. Ölkə vətəndaşları 1990-cı illərin əvvəlini yaxşı xatırlayır: “O dövrdə Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycanın gələcəyindən narahat olan insanlar, xüsusilə ziyalılar problemlərdən çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Bu səbəbdən də, məhz Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaranması təşəbbüsü ilə çıxış etdilər”.
Hadi Rəcəbli deyib ki, YAP yarandığı gündən yalnız xalqımızın və dövlətimizin maraqlarına, Azərbaycanın inkişafına xidmət edib.
Millət vəkili daha sonra bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Onun sözlərinə görə, bu gün Azərbaycanda bütün sahələrin paralel inkişafı, hər bir sahəni əhatə edən dövlət proqramlarının uğurla icra olunması ölkəmizin daha böyük sürətlə inkişafını şərtləndirir: “Təhsil, səhiyyə, mədəniyyət, enerji təminatı, infrastrukturun yenilənməsi istiqamətində dövlət proqramları qəbul edilib və icra olunmaqdadır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını təmin edir”.
Daha sonra YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edib və partiyanın yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. YAP-ın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edən Kərim Kərimov deyib ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə xalqın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi: “Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi həyatında öz mütərəqqi missiyasına sadiq qalaraq, dövlətimizin və xalqımızın inkişafı naminə vəzifələrini şərəflə yerinə yetirəcək”.
Daha sonra Kərim Kərimov xatırladıb ki, YAP müxalifət partiyası kimi yaranmışdı. Lakin YAP xalqa qarşı müxalifətdə deyildi, xalqın mənafeyinə uyğun şəkildə addımlar atırdı: “YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır. Ona görə də, yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və YAP cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqına və dövlətinə xidmət edir”.
Tədbirdə çıxış edən gənclər də yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışaraq bir daha vurğulayıblar ki, zamanın təxirəsalınmaz tələbindən yaranan Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanda, bütövlükdə regionda ən güclü və ən böyük siyasi təşkilatdır. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında kifayət qədər güclü gənclər ordusu birləşib və YAP gənclərin öz potensiallarını reallaşdırması üçün onlara münbit şərait yaradır.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

