/ / Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə YAP Laçın rayon təşkilatı tədbir keçirib
Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə YAP Laçın rayon təşkilatı tədbir keçirib
22.11.2013 [09:11]
Dünən Laçın rayon Taxta-körpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibəti ilə əlaqədar YAP Laçın rayon təşkilatı Laçın rayon İcra Hakimiyyəti ilə birlikdə rayon təşkilatının konfrans zalında tədbir keçiriblər.
Öncə tədbir iştirakçıları rayon İcra Hakimiyyətinin qarşısında Ulu öndərin büstü önünə gül dəstələri qoyublar.
Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilməzdik: “Olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə güclü siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.
Daha sonra tədbirdə çıxış edən Laçın rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quluyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır: “Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir. Bunun məntiqi nəticəsidir ki, 2013-cü il prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev çox böyük uğurla qələbə qazandı və yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi”.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədr müavini, YAP Laçın rayon təşkilatının Gənclər Birliyinin sədri Xaliq Musayev çıxış edərək bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaq bizim üçün fəxr və qürur hissi ilə bərabər, həmçinin, böyük bir məsuliyyətdir: “Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın maraqlarını üstün tutan, fəaliyyətini xalqın istəkləri üzərində quran, ölkəmizin inkişafında, müasir siyasi sistemin formalaşmasında mühüm rol oynayan aparıcı və yeganə partiyadır”.
Sonra Şura üzvləri Nuruş Güləliyev, Sədaqət Məhərrəmova çıxış edərək YAP-ın yaranması və inkişafı tarixindən, hazırda 600 mindən çox üzvü olan partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışıblar.
Tədbirin sonunda YAP-ın 21-ci ildönümü münasibətilə partiya və Laçın rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənən şəxslərə YAP Laçın rayon təşkilatının Fəxri fərmanları, həmçinin, YAP-ın sıralarına yeni qəbul olunmuş gənc üzvlərə partiyanın vəsiqələri təqdim edilib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

