Bərdədə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 21-ci ildönümü qeyd olunub
22.11.2013 [09:32]
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 21-ci ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan və qazanılan uğurlardan danışıb. Bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurətdən yaranıb və partiyanın fəaliyyəti müasir tariximizin şərəfli səhifələrindən birini təşkil edir.
Qeyd olunub ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin iradəsini ifadə edən ziyalılar 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladılar. Ulu öndər bu müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çağırış xarakteri daşıyan məktubla cavab verdi. Bu çağırış YAP-ın, Heydər Əliyev ideyalarının ətrafında sıx birləşmiş yüz minlərlə insanın vahid siyasi məqsədinə, Azərbaycanın milli ideoloji məramına və proqramına çevrildi, müstəqil dövlət quruculuğunun ilk konsepsiyası oldu.
Tədbirdə bildirilib ki, 1993-cü il martın 13-də 185 nəfər təəssübkeşin iştirakı ilə təsis edilən YAP Bərdə rayon təşkilatı hazırda öz ətrafında 10 min 257 nəfər partiya üzvünü birləşdirir. Onlardan 4052 nəfəri qadın, 2865 nəfəri isə gənclərdir. Bu ilin ötən 9 ayı ərzində partiya sıralarına 246 nəfər qəbul olunub. YAP Bərdə rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Çıxışlarda YAP-ın nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub, Ümummilli liderin siyasi xəttinin bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğu vurğulanıb.
YAP Bərdə rayon təşkilatı sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

