YAP gəncləri Masallıda “Heydər Əliyev-Dahi şəxsiyyət” mövzusunda anım tədbiri keçiriblər
12.12.2013 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında Ulu öndər Heydər Əliyevin xatirəsini anım gününə həsr olunmuş “Heydər Əliyev-Dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev açıb. Natiq öz çıxışında qeyd edib ki, xalqı tarixdə yaşadan onun böyük şəxsiyyətləridir: “Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri də xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyevdir”.
C.Əliyev daha sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adının xalqımızın yaddaşına əbədi həkk olunduğunu, Azərbaycan xalqının hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini bildirib.
Gənc YAP üzvü Fəxrəddin Eyvazov isə məruzəsində qeyd edib ki, Azərbaycanın yeni tarixinin böyük bir mərhələsi bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub”.
Sonra fəal YAP üzvlərindən Nemət Abdullayev, Yafəs Kərimov, Sərvər Mürşüdov, Zeynal Abbasov, Flora İbadova, Hikmət Babayev və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək, Özünün siyasi bacarığı və gücü sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bildi. O, Öz fəaliyyəti ilə müstəqil Azərbaycanın tarixində silinməz izlər qoydu, bütün bu illər ərzində əsl rəhbər kimi Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi. Azərbaycan xalqı hər zaman Ulu öndərimizi rəğbətlə anacaq, Onun xatirəsini hər zaman uca tutacaq.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

