Ümummilli liderimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq
12.12.2013 [09:33]
Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Oğuz rayonunda elmi-praktik konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Oğuz rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının təşkil etdiyi elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirib ki, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət - müstəqil respublikamızın banisi Ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq, praktik surətdə gerçəkləşdirilmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanıb: “Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olunması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, surətlə həyata keçirilməsi şəxsən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasını qoyub”.
Eyvaz Qurbanov onu da deyib ki, məhz xalqımızın Ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin gərgin əməyi sayəsində 1993-cü ildən 2003-cü ilədək olan 10 il ərzində müstəqilliyimiz möhkəmlənib, Azərbaycan inkişaf edib yüksək mərhələyə çatıb, milli dövlət quruculuğu prosesləri sürətləndirilib. Onun sözlərinə görə, görkəmli şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib, dünyada söz və nüfuz sahibi olub.
Tədbirdə “Azərbaycanın özü qədər əbədi Heydər Əliyev” mövzusunda məruzə edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində, müasir Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında xidmətlərindən danışıb: “Respublikamızda, eləcə də, dünyanın digər ölkələrində müstəqil Azərbaycandan danışanda həmişə Heydər Əliyevin adı xüsusi çəkilir və uca tutulur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ölkəmizi o dövrdə baş verə biləcək fəlakətlərdən xilas edib və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayıb. Ümummilli liderimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.
Digər çıxışlardan sonra rayon məktəblilərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

