“Heydər Əliyev məktəbi” layihəsinin açılış mərasimi keçirilib
02.06.2026 [17:08]
İyunun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinə start verilib.
Əvvəlcə Gəncə şəhərində müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Göygöl rayonu ərazisində yerləşən Yaylaq düşərgəsində keçirilən layihənin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov layihənin ilk gününün “Dövlət gənclər siyasəti” mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “Heydər Əliyev məktəbi”nin təşkil olunmasında məqsəd partiya üzvlərinə Heydər Əliyev irsini hərtərəfli çatdırmaqdır. B.Aslanovun sözlərinə görə, Dağlıq Şirvan və Şəki-Zaqatala regionlarından olan gənclərin iştirak etdiyi layihə çərçivəsində onların sosial fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə dəyirmi masalar, maarifləndirici görüşlər, intellektual oyunlar, müxtəlif əyləncəli proqramlar və ekskursiyalar təşkil olunacaq.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycan gənclərinin milli ruhlu vətəndaş kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurlu inkişaf konsepsiyasının əsas dayağına çevrilib və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir: “Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu gün ölkə gəncləri siyasi, iqtisadi, elm, innovasiya və digər sahələrdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir və dövlət bayrağımızı daha da yüksəklərə qaldırırlar”, - deyə Ş.İsmayılov vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasəti nəticəsində ölkədə vətənpərvər, milli dəyərlərə bağlı, müasir düşüncəli gənc nəsil formalaşıb. O bildirib ki, müasir gənclər həm elmi biliklərə yiyələnir, həm də milli-mənəvi dəyərlərə sadiqliyini qoruyurlar.
N.Bayramov vurğulayıb ki, ölkədə gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar onların peşəkar bilik və bacarıqlarını artırmalarına, beynəlxalq təcrübə əldə etmələrinə və müxtəlif sahələrdə nailiyyətlər qazanmalarına şərait yaradır: “Müasir Azərbaycan gəncliyi daim öz üzərlərində işləməli, məsuliyyətli, yenilikçi olmalı və təşəbbüskar davranmalıdırlar. Ən vacib xüsusiyyətlərdən biri isə liderlik bacarıqlarıdır. Bu bacarıqlar gənclik dövründə “Heydər Əliyev məktəbi” kimi layihələrdə və müxtəlif ictimai fəaliyyətlərdə iştirak etməklə formalaşır”.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycanın müstəqillik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən bəhs edib. O bildirib ki, bu gün Azərbaycan gəncliyi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində daha güclü və qüdrətli bir ölkədə yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və gənclər üçün geniş imkanlar yaradılıb. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gücün əsasında Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi, xalqın dövlətə olan inamı və gənclərin Vətənə sədaqəti, milli dəyərlərə bağlılığı dayanır.
Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt nəticəsində hazırda YAP-ın sıralarında on minlərlə gənc təmsil olunur: “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji xətti əsas götürərək cəmiyyətin müxtəlif təbəqələrini, xüsusilə də gəncləri öz ətrafında birləşdirərək ölkənin gələcək inkişafına xidmət edən layihələrə dəstək verir. Təsadüfi deyil ki, “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları da məhz milli dəyərlərə bağlı, vətənpərvər və prinsipial mövqeyi ilə seçilən Azərbaycan gəncləridir”.
Çıxış edən gənc partiya fəalları Nazpəri Rzayeva və Nuranə Mirzəyeva gənclərin Heydər Əliyevin zəngin siyasi və mənəvi irsdən bəhrələnmələrinin onların vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsində mühüm rol oynadığını diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra gənclər arasında komanda şəklində idman oyunları keçirilib, əyləncə proqramları təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

