YAP Qaradağ rayon təşkilatı Gənclər Günü ilə əlaqədar silsilə tədbirlər keçirir
30.01.2014 [09:50]
Rayon gənclərinin fəal iştirak etdiyi tədbirlərdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər geniş müzakirə olunur
2 fevral - Gənclər Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında silsilə tədbirlər keçirilir. Tərtib olunmuş plana əsasən, belə tədbirlərdən biri rayonun Səngəçal qəsəbəsində baş tutub. YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi və Qaradağ rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Səngəcal qəsəbəsində yerləşən N saylı hərbi hissədə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda keçirilən elmi praktiki konfransda çıxış edən rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov qeyd edib ki, ordu, silahlı qüvvələr hər bir dövlətin müstəqilliyinin atributu kimi onun suverenliyinin müdafiəsində mühüm əhəmiyyətə malikdir.
Müharibə şəraitində yaşayan, torpaqları işğal edilən Azərbaycan Republikasında da silahlı qüvvələrin müasirləşdirilməsi, texniki təchizatının inkişaf etdirilməsi, orduda xidmət edən şəxslərin sosial rifahının yüksəldilməsi dövlətin əsas prioritetlərindən sayılır. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda peşəkar, güclü ordu quruculuğuna start verildiyini xatırladan R.İsmayılovun sözlərinə görə, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, dövlətimizin uğurları, eyni zamanda, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər durmadan artmaqdadır.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov isə deyib ki, Azərbaycanda gənclərin vətənpərvər, sağlam və savadlı bir nəsil kimi yetişməsi üçün dövlət bütün lazımi addımları atır, bu istiqamətdə uğurlu siyasət həyata keçirilir. O, Azərbaycan Ordusunun peşəkarlığının yüksək səviyyədə olduğunu vurğulayaraq əlavə edib ki, ordumuz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə həyata keçirməyə qadirdir.
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Ramiz Yusubov da deyib ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. R.Yusubov sonda bir daha əminliklə vurğulayıb ki, hazırda, regionun ən güclü ordusu olan Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etməyə qadir və hazırdır. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcək.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq növbəti konfrans Ələt qəsəbəsində keçirilib. “İlham Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı son 10 ildə” mövzusunda elmi praktiki konfransda Azərbaycanda son 10 ildə əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib. Qeyd olunub ki, bu illər ərzində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadi-inkişafının yeni mərhələsinə daxil olub. Vurğulanıb ki, qarşıdakı illərdə Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

