Ana dilimiz – milli kimliyimizin və mənəvi varlığımızın əsas dayağı
29.07.2026 [12:05]
Hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən biri onun ana dili və əlifbasıdır. Dil xalqın keçmişini bu günü ilə, bu gününü isə gələcəyi ilə birləşdirən ən möhkəm mənəvi körpüdür. Azərbaycan dili də əsrlər boyu xalqımızın zəngin mədəni irsini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini qoruyub yaşadan müqəddəs sərvətlərdən biridir.
Məhz bu dəyərləri yüksək qiymətləndirərək Azərbaycan Respublikasında hər il 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fərmanda latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatdırılması və yeni əlifbanın ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm rol oynadığı vurğulanmışdır.
Azərbaycan xalqı tarix boyu müxtəlif yazı sistemlərindən istifadə etmişdir. Qədim dövrlərdə Qobustan və Gəmiqaya qayaüstü təsvirləri xalqımızın qədim yazı və işarə mədəniyyətinin mövcudluğunu göstərir. Tarixi mənbələrə görə ölkəmizdə müxtəlif dövrlərdə alban, ərəb, latın və kiril qrafikalı əlifbalardan istifadə olunmuşdur.
XX əsrdə Azərbaycan əlifbası bir neçə dəfə dəyişdirilmişdir. 1929-cu ildə ərəb qrafikasından latın qrafikasına keçid baş verdi. 1939-cu ildə kiril əlifbası tətbiq edildi. Müstəqillik əldə edildikdən sonra 1991-ci ildən latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi başladı. 2001-ci ildə isə bütün dövlət qurumlarında və nəşrlərdə latın qrafikasına keçid tam təmin edildi. Bu dəyişikliklər təkcə yazı sistemi ilə bağlı deyil, həm də xalqımızın milli kimliyinin və müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dili dünyanın qədim və zəngin dillərindən biri olmaqla türk dilləri ailəsinə mənsubdur. Bu dil zəngin lüğət tərkibinə, inkişaf etmiş qrammatik quruluşa və böyük bədii ifadə imkanlarına malikdir. Azərbaycan dili əsrlər boyu Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə və digər görkəmli söz ustalarının yaradıcılığı ilə daha da zənginləşmişdir. Onların əsərləri Azərbaycan dilinin bədii imkanlarını bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir və ölkəmizin müstəqilliyinin, milli suverenliyinin və dövlətçiliyinin əsas atributlarından biri hesab olunur.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və qorunması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz onun prinsipial mövqeyi nəticəsində mümkün olmuşdur. Sonrakı illərdə də Azərbaycan dilinin inkişafı istiqamətində mühüm qərarlar qəbul edilmiş, müstəqillik dövründə isə latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir.
Müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət dilinin düzgün tətbiqi, ədəbi dil normalarının qorunması, yeni terminlərin yaradılması, elektron resursların zənginləşdirilməsi və ana dilində nəşrlərin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı şəraitində Azərbaycan dilinin saflığının qorunması xüsusi əhəmiyyət kəsb edir. Xarici sözlərdən həddindən artıq istifadə, sosial şəbəkələrdə yazı qaydalarının pozulması və ədəbi dil normalarına laqeyd münasibət ana dilimizin inkişafına mənfi təsir göstərə bilər. Buna görə də hər bir vətəndaş dövlət dilinə hörmətlə yanaşmalı, onu düzgün danışmalı və düzgün yazmalıdır. Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsində məktəblərin və müəllimlərin rolu əvəzsizdir. Şagirdlərdə ana dilinə sevgi formalaşdırılmalı, düzgün nitq mədəniyyəti inkişaf etdirilməli, bədii ədəbiyyatın mütaliəsinə maraq artırılmalı, yazılı və şifahi nitq bacarıqları daim təkmilləşdirilməlidir. Azərbaycan dili müəllimləri yalnız fənni tədris etmir, həm də milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında mühüm missiya daşıyırlar.
Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlətçiliyinin və mənəvi sərvətinin ən qiymətli ifadəsidir. Ana dilimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, həm də xalqımızın öz dilinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə ehtiramının ifadəsidir.
Gəlin ana dilimizi sevək, onu düzgün danışaq, düzgün yazaq və gələcək nəsillərə ən qiymətli milli sərvət kimi ötürək. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini və gələcəyini qoruyur.
Murad Hümbətov
YAP Culfa Rayon Təhsil Şöbəsi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

