Azərbaycan–Özbəkistan münasibətləri: Dostluqdan müttəfiqliyə doğru
24.08.2026 [14:34]
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə, dostluq
və qardaşlıq bağlarına əsaslanır. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində
formalaşan bu əlaqələr son illərdə dövlətlərarası münasibətlərin bütün
istiqamətlərində sürətli inkişaf dinamikası nümayiş etdirir. Prezident İlham
Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də iki ölkə
arasında münasibətlərin yüksək səviyyəsi, əldə olunan nəticələr və gələcək
əməkdaşlıq perspektivləri xüsusi vurğulanıb.
Azərbaycan ilə Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Dövlət
başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlət arasında təbii
müttəfiqliyi daha da möhkəmləndirib. Bu səfərlər zamanı əldə olunan razılaşmalar
və imzalanan sənədlər ikitərəfli münasibətlərin hüquqi və siyasi bazasını daha da
gücləndirib. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə
Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik
münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
İqtisadi-ticari əməkdaşlıq da Azərbaycan–Özbəkistan münasibətlərinin əsas
istiqamətlərindən biridir. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin artırılması,
investisiya layihələrinin həyata keçirilməsi və yeni əməkdaşlıq imkanlarının
yaradılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan ilə Özbəkistanın
iqtisadi imkanları bir-birini tamamlayır və bu, yeni əməkdaşlıq formatlarının
yaradılması üçün geniş üfüqlər açır. Azərbaycanın Özbəkistanda investisiya
layihələri həyata keçirməsi də iqtisadi münasibətlərin qarşılıqlı və uzunmüddətli
xarakter daşıdığını göstərir.
Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və
Özbəkistan enerji sektorunda birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı
təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fəal əməkdaşlıq edir. Eyni
zamanda, yaşıl enerji sahəsində əməkdaşlıq üçün də böyük potensial mövcuddur.
Bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və
yeni enerji layihələrinin reallaşdırılması iki ölkənin gələcək əməkdaşlığının mühüm
istiqamətlərindən birini təşkil edir.
Azərbaycan–Özbəkistan tərəfdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat
və kommunikasiya sahəsidir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə nəqliyyat
əlaqələrinin və kommunikasiya imkanlarının artırılmasına xüsusi əhəmiyyət verir.
Özbəkistanın Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi Azərbaycanın
nəqliyyat-logistika imkanlarından yararlanması regionlararası əlaqələrin
genişlənməsi baxımından mühüm perspektivlər yaradır. Bu əməkdaşlıq həm iki
ölkənin iqtisadi maraqlarına, həm də daha geniş regional inteqrasiyaya xidmət
edir.
Mədəni-humanitar əlaqələr də Azərbaycan və Özbəkistan xalqlarını bir-birinə
yaxınlaşdıran mühüm amillərdəndir. Təhsil sahəsində əməkdaşlıq bu istiqamətdə
aparıcı mövqeyə malikdir. Tələbə və müəllim mübadiləsi, elm və təhsil
müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata
keçirilməsi iki xalq arasında tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə
şərait yaradır.
Media sektorunda əməkdaşlıq da mühüm nəticələrlə yadda qalıb. Azərbaycan və
Özbəkistanın media qurumları arasında əlaqələrin inkişafı qarşılıqlı informasiya
mübadiləsinin genişləndirilməsinə, ölkələrimiz haqqında obyektiv məlumatların
yayılmasına və xalqlar arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsinə
xidmət edir.
Azərbaycan ilə Özbəkistanın əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır.
Ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də bir çox məsələlər
üzrə birgə mövqedən çıxış edir və qarşılıqlı dəstək göstərirlər. Xüsusilə Türk
Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan
və Özbəkistanın Türk dünyasının həmrəyliyinin gücləndirilməsi, siyasi və iqtisadi
əlaqələrin inkişaf etdirilməsi istiqamətində səyləri təşkilatın fəaliyyətinin daha da
güclənməsinə mühüm töhfə verir.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi
əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının
artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf
etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Özbəkistan Azərbaycan üçün
yalnız strateji tərəfdaş deyil, həm də regionda mühüm və etibarlı müttəfiqdir.
Ümumilikdə, Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı etimad, hörmət və
ortaq maraqlar üzərində qurulan nümunəvi dövlətlərarası tərəfdaşlıq modelidir.
Bu möhkəm tərəfdaşlıq Azərbaycan və Özbəkistan xalqlarının rifahına, eləcə də
regionda sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

