Tarixdən zəfərə, zəfərdən dirçəlişə
25.08.2026 [15:11]
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Azərbaycanın qədim və strateji əhəmiyyətli yaşayış məskənlərindən biri olan Laçın
öz zəngin tarixi, təbii gözəllikləri və mədəni irsi ilə xalqımızın yaddaşında xüsusi
yer tutur. 26 avqust – Laçın Şəhəri Günü isə şəhərin tarixində yeni mərhələnin
başlanmasını, ərazi bütövlüyümüzün bərpasını və Laçının yenidən doğuluşunu
simvolizə edən əlamətdar tarixdir.
Laçın rayonu Azərbaycanın qərbində yerləşən, geostrateji baxımdan mühüm
əhəmiyyət daşıyan bölgələrdən biridir. Rayon 1992-ci il mayın 18-də Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Laçın əhalisi doğma
yurd-yuvasından didərgin salınaraq etnik təmizləməyə məruz qaldı. Üç yüzdən
artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Minlərlə insan uzun illər
ərzində doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşadı.
İşğal Laçının yalnız insan talelərinə deyil, onun maddi və mənəvi irsinə də ağır
zərbə vurdu. Rayon ərazisində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi,
462 ticarət obyekti, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, internat
məktəbi, orta texniki peşə məktəbi, avtonəqliyyat və müxtəlif istehsal müəssisələri
talan və məhv edildi. Laçının 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi
abidəsi vandalizmə məruz qaldı. Bu faktlar işğalın miqyasını və xalqımızın
üzləşdiyi itkilərin ağırlığını aydın şəkildə göstərir.
Lakin Laçın heç vaxt Azərbaycan xalqının yaddaşından silinmədi. Uzun illər
ərzində laçınlıların doğma torpaqlara qayıdacağı günə olan inamı yaşadı. 2020-ci
ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi
bütövlüyünün bərpasına gedən yolun əsasını qoydu. 2020-ci il dekabrın 1-də Laçın
rayonunun Azərbaycana qaytarılması ilə rayonun yeni tarixinin təməli atıldı.
Laçın şəhərinin azad olunması isə bu tarixi prosesin mühüm mərhələlərindən biri
oldu. 26 avqust 2022-ci ildə Azərbaycan Ordusunun bölmələrinin şəhərə daxil
olması ilə Laçın şəhəri nəzarətə götürüldü. Bununla da üç onillikdən artıq davam
edən həsrətə son qoyuldu. 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da
məhz bu tarixi hadisənin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq baxımından
mühüm rəmzi məna daşıyır.
Bu gün Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin
müasir siması formalaşdırılır, yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur
yaradılır, tarixi-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılır.
Laçının yenidən qurulması yalnız fiziki bərpa prosesi deyil, həm də doğma yurda
qayıdışın, milli həmrəyliyin və tarixi ədalətin təntənəsidir.
Laçın bu gün keçmişin ağrılarını özündə yaşadan, lakin gələcəyə böyük inamla
addımlayan bir şəhərdir. Dağları, meşələri, çayları və zəngin təbiəti ilə seçilən bu
qədim yurd artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Doğma torpaqlarına
qayıdan laçınlıların səsi, qurulan yeni həyat və aparılan abadlıq işləri şəhərin
yenidən canlandığını nümayiş etdirir.
26 Avqust – Laçın Şəhəri Günü həm də şəhidlərimizin xatirəsinə ehtiram,
keçmişdən dərs çıxarmaq və gələcəyə inam günüdür. Bu tarix bizə bir daha göstərir
ki, doğma torpağa bağlılıq, milli iradə və əzmkarlıq ən ağır sınaqların belə
öhdəsindən gəlməyə imkan verir.
Laçın bu gün azaddır, yenidən qurulur və öz sahiblərini qoynuna alır. Şəhərin
dirçəlişi Azərbaycanın Böyük Qayıdış siyasətinin mühüm səhifələrindən birini
təşkil edir. 26 Avqust bundan sonra yalnız bir şəhərin təqvimdəki xüsusi günü
deyil, həm də Laçının işğaldan azad olunmasının, xalqımızın tarixi yaddaşının və
Zəfərimizin rəmzi kimi yaşayacaq.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

