Qaradağ rayonunda şəhid Səməndər İsmayılzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib
25.08.2026 [16:16]
25 avqust 2026-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən
Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Səməndər Vahid oğlu İsmayılzadənin
doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra
Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin
müdir müavini – Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri
Həsrət Almasov, həmin sektorun məsləhətçisi Abbas Hüseynov, YAP Qaradağ rayon
təşkilatının fəalları, QMƏVŞA İB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov,
“Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov, şəhid
ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş
şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlərin ruhuna “Qurani-Kərim”dən
ayələr və dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhid Səməndər İsmayılzadənin anası Fəridə İsmayılovaya başsağlığı verilib, ona
səbr və dözüm arzulanıb.
Mərasimdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki,
Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, onların qəhrəmanlığı
heç zaman unudulmur.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və
qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vətən uğrunda canından
keçmiş qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət
tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur.
Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə
xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və qəhrəman hərbçilərimizin şücaətinin
nəticəsidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin
qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli həyat və döyüş
yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Şəhidin anası Fəridə İsmayılova şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib,
Azərbaycanın qazandığı tarixi Qələbədə oğlunun da payının olmasından qürur
duyduğunu qeyd edib.
Qeyd edək ki, Səməndər Vahid oğlu İsmayılzadə 25 avqust 1990-cı ildə Yevlax
şəhərində anadan olub. 1996–2007-ci illərdə Yevlax şəhəri Səməd Vurğun adına 5
nömrəli orta məktəbdə təhsil alıb.
Hərbçi ailəsində böyüdüyü üçün hərbi xidmətə böyük həvəs göstərən Səməndər
İsmayılzadə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ZTR-82A
komandiri kursunu bitirib.
Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına,
yüksək mənəvi və işgüzar keyfiyyətlərinə görə fəxri fərmanlarla, həmçinin
“Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub.
Səməndər İsmayılzadə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci ildə 44
günlük Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi zamanı torpaqlarımızın
işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidlik və şücaət göstərərək
Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edib.
Səməndər İsmayılzadə 10 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Alxanlı
kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Səməndər
İsmayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,
“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları
ilə təltif edilib.
Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

