Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir
25.08.2026 [16:38]
Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi
siyasi nüfuzunun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər
sahələrini əhatə etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi
inkişafın zəmanətinin tərkib hissələrindən biri olub. Azərbaycanın türkdilli dövlətlərlə
münasibətləri daha dinamikdir, daha həssasdır, təkcə siyasi baxımdan deyil, həm də
milli çalarlar baxımından. Azərbaycanla Özbəkistan arasında münasibətlər də məhz bu
ülgüdə inkişaf edib, inkişaf etməkdədir. Azərbayan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bunun
təsdiqidir.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərin qarşılıqlı rəqabətə
əsaslandığını, bu iki dövlət arasında ortaq tarixin, mədəniyyətin, mənəvi dəyərlərin
olduğunu, bu münasibətlərin son illərdə yüksək inkişaf səviyyəsinə çatdığını xatırladan
dövlət başçımız bu iki dövlət arasında siyasi dialoqun da yüksək səviyyədə olduğunu
bildirərək dedi: "2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci
ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli
səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən "Strateji tərəfdaşlığın
dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında
Müqavilə" iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi
olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi
əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar
açdı".
Dövlət başçımız müsahibəsində ötən illərdə Azərbaycanla Özbəkistan arasında
davam etmiş münasibətlərin coğrafiyasını da xatırlatdı, bu xatırlatma ehtiram idi,
tərəfdaşlığın daha da yüksəlişinin inamı idi. İkitərəfli münasibətlər üçün belə bir
tərəfdaşlıq həmişə böyük uğurlar deməkdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev müsahibəsində qürurla bu məqamdan da söz açdı: " 2023-cü ilin
avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında
strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm
institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli
əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif
sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın
artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin
yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə
hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.
Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat,
logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə
genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr
ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və
qardaşlıq bağlarını daha da möhkəmləndirir. Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz
arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin
həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-
nəzərindən böyük əhəmiyyətə malik olacaq".
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimiz arasında investisiya
əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrildiyini, Hökumətlərarası
Komissiyanın iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında
mühüm rol oynadığını, Özbəkistanın OZLITINEFTGAZ institutu ilə "SOCAR NIPI
Nefteqaz"ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsinin 2016-cı
ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərdiyini, xalqlarımızın qarşılıqlı səyləri
və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələrin
uğurla inkişaf etdiyini, ... bildirən dövlət başçımız dedi ki, "Azərbaycan ilə Özbəkistan
arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə
əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir.
Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın,
etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir,
humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. Xalqlarımızın qarşılıqlı səyləri və
dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla
inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar,
ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin
möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azərbaycan
Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti
Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində "Şuşa Günləri" keçirilib.
Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji
Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Biz fəxr
edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan
Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin adını daşıyır. Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə
birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan "Özbəkistan"
parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək. Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar
əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın
Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin
dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin
enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verdiyini də xatırladaraq məşvərət görüşləri çərçivəsində aparılan diskussiyaların region
ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini
müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə
imkan verdiyini də qeyd etdi.
Emil Vəliyev YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

