/ / Şəmkirdə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suverenliyə gedən Zəfər yolu” mövzusunda tədbir keçirildi
Şəmkirdə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suverenliyə gedən Zəfər yolu” mövzusunda tədbir keçirildi
21.09.2026 [13:00]
Şəmkirdə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suverenliyə gedən Zəfər yolu” mövzusunda tədbir keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıdığını bildirdi. Qeyd etdi ki, xalqımızın əsrlər boyu davam edən müstəqillik və dövlətçilik mübarizəsi, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bugünkü gücünün və qalib mövqeyinin əsasını təşkil edir.
İcra başçısı vurğuladı ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş və 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxışında bildirdi ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, güclü iqtisadi və hərbi potensiala, möhkəm ictimai-siyasi sabitliyə malik dövlət kimi inkişaf edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycanın əldə etdiyi Zəfərin real nəticələrini nümayiş etdirir.
Rayon təşkilatının sədri vurğuladı ki, Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisələrin əhəmiyyətini özündə əks etdirir. Bu tarixi gün xalqımızın müstəqillik və dövlətçilik iradəsinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzi kimi xüsusi məna daşıyır.
Tarixçi, şəhid Bəhlul Rüstəmovun oğlu Bəhərçin Rüstəmov çıxışında Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu bildirərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etdi. O, əldə olunan tarixi Zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğuladı.
Sonda Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin işçilərinin ifasında milli musiqilər, məktəblilər tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər və kompozisiyalar səsləndirildi.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

