YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilib
17.04.2014 [09:23]
Əli Həsənov: YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya Sədrinin ölkə Prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Partiyalararası əlaqələr və dialoq komissiyasının ilk iclası keçirilib. İclasda komissiya üzvləri ilə yanaşı, Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların sədrləri, nümayəndələri, gənclər təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
İclası açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov deyib ki, ilk dəfədir komissiya çərçivəsində Azərbaycan Parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilir.
“YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya Sədrinin ölkə Prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir”, - deyən Əli Həsənov qeyd edib ki, komissiyanın bugünkü iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və gələcəkdə bütövlükdə cəmiyyətdə partiyalararası münasibətin vahid strategiyası müəyyən olunacaq.
Tədbirdə çıxış edən YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev partiyamızın ölkəmizdə fəaliyyət göstərən bir sıra partiyalarla əməkdaşlıq etdiyini bildirib. Onun fikrincə, bu toplantıya müxtəlif siyasi partiyaların təmsilçilərinin dəvət olunması da YAP-ın dialoq mühitinə böyük önəm verməsinin göstəricisidir. YAP-ın geniş beynəlxalq əlaqələrə də malik olduğunu deyən A.Hacıyevin sözlərinə görə, bu əlaqələr Asiya, Avropa və Amerika istiqamətindədir: “Asiya siyasi partiyalarını birləşdirən təşkilatda partiyamız çox fəaldır. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) özündə 300-dən çox partiyanı birləşdirir. YAP bu təşkilatın rəhbər qurumu olan Daimi Komitənin üzvüdür. İCAPP-ın bir neçə tədbirinə də ölkəmiz ev sahibliyi edib. Eləcə də, partiyamız Latın Amerikası Siyasi Partiyalarının Təşkilatı (COPPAL) ilə fəal əməkdaşlıq edir. Hazırda Afrika ölkələrinin siyasi partiyaları ilə də əlaqələr qurulur”.
A.Hacıyev bidirib ki, YAP Avropa Xalqları Partiyası (AXP) ilə də fəal əməkdaşlıq edir. AXP-nin tədbirlərində də partiyamızın nümayəndələrinin yaxından iştirak etdiyini deyən şöbə müdiri YAP-ın bu təşkilata müşahidəçi üzv kimi qəbul olunması istiqamətində işlərin getdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda təmsil olunan deputatlar, eləcə də, siyasi partiyalar AXP üzvləri ilə əməkdaşlığa diqqət yetirməlidirlər. Çünki bu amil Azərbaycanın siyasi partiyalarının da bu təşkilatda təmsilçiliyinə müsbət təsir göstərə bilər.
Ana Vətən Partiyasının sədri (AVP), millət vəkili Fəzail Ağamalı ölkəmizdə siyasi partiyalar arasında normal dialoq mühitinin mövcud olduğunu bildirib. Onun fikrincə, YAP-ın belə bir komissiyasının yaradılması siyasi dialoqun daha da güclənməsinə imkan verəcək. Siyasi partiyaların fəaliyyətinin əsasən siyasi mübarizə aparmaqdan ibarət olduğunu deyən AVP sədrinin sözlərinə görə, ümummilli məsələlərdə bütün partiyalar vahid mövqedən çıxış etməlidir. F.Ağamalı, həmçinin, təklif edib ki, komissiyanın çevik işini təmin etmək üçün daimi fəaliyyət göstərən bir format müəyyənləşdirilsin: “Bu, “dəyirmi masa” formasında da ola bilər. Belə ki, həmin “dəyirmi masa”da siyasi partiyalar toplaşıb regionda və dünyada baş verən vacib hadisələri müzakirə edə və müəyyən qərar qəbul edə bilərlər”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qapıları əməkdaşlıq üçün açıqdır. Onun fikrincə, sağlam, konstruktiv təkliflərlə çıxış edən partiyalarla əməkdaşlıq hər zaman mümkündür. M.İbrahimqızı həmçinin, komissiyanın fəaliyyətinin əhatə dairəsinə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələlərinin daxil edilməsi təklifini də irəli sürüb.
Komissiyanın üzvü, millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə partiyamızın cəmiyyətimizdə dialoq mühitinin inkişafına həmişə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının tədbirlər planında nəzərdə tutulan məsələlər partiyamızın bu məsələlərdə xoş məramının göstəricisidir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli çıxışında partiyamızın ölkəmizin siyasi palitrasına daim yeniliklər gətirdiyini qeyd edib. O, bildirib ki, YAP-ın digər partiyalar ilə dialoqa önəm verməsi bütövlükdə cəmiyyətdə sağlam siyasi mühitin inkişafına müsbət təsir göstərəcək.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov da çıxışında komissiyanın tədbirlər planında vacib məsələlərin nəzərdə tutulduğunu bildirib. S.Orucov qeyd edib ki, YAP Gənclər Birliyi digər siyasi partiyaların gənclər təşkilatları ilə birgə layihələr həyata keçirməyə hazırdır.
Tədbirdə, həmçinin, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, millət vəkili Zahid Oruc, Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, YAP Siyasi Şurasının üzvü Musa Musayev, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli çıxış edərək YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının təşəbbüslərini yüksək qiymətləndiriblər. Çıxış edənlər komissiya tərəfindən vətəndaş həmrəyliyinin gücləndirilməsi məqsədilə, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarla dialoqun və partiyalararası əməkdaşlığın genişləndirilməsi, həmçinin, cəmiyyəti narahat edən aktual mövzularla bağlı siyasi partiyalarla ikitərəfli görüşlərin, konfransların, “dəyirmi masa”ların təşkil olunması, eləcə də, digər təşəbbüslərə dair fikir və təkliflərini bildiriblər.
Prezident Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov səslənən təkliflərdə rasional ideyaların olduğunu bildirib, bu təkliflərin ümumiləşdiriləcəyini vurğulayaraq deyib: “Hər bir siyasi təşkilatın gücü onun üzvlərinin sayının çox olmasından deyil, ideologiyasının möhkəmliyindən, dövlətçiliyə sədaqətindən, üzvlərinin iradəsindən asılıdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin, fikirlərinin və ideyasının əsasında məhz o amil dayanırdı ki, dinindən, dilindən, irqindən və əlbəttə ki, siyasi baxışlarından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Konstitusiya ilə onlara verilmiş hüquqlardan istifadə edə bilərlər. Azərbaycan vətəndaşları ölkədə vətəndaş cəmiyyətinin əsasını təşkil edirlər. Azərbaycan dövləti öz vətəndaşlarına siyasi baxışlarına görə münasibət bəsləmir. Hamı qanun qarşısında bərabərdir. Buna görə biz daim Ulu öndərin xatirəsini əziz tutacağıq”.
Səslənən təkliflərə münasibət bildirən Əli Həsənov deyib ki, YAP əməkdaşlıq üçün açıq partiyadır. Lakin bəzi radikal yönümlü partiyalar öz yanlarında yedək qeyri-hökumət təşkilatları yaradaraq onların vasitəsi ilə xaricdən qrant alır, müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının sifarişlərini yerinə yetirir və ölkədəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Belə halların baş verməməsi üçün qeyri-hökumət təşkilatları ilə başqa formatda əməkdaşlıq ediləcək.
İclasda YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavini seçilib.
Komissiyanın iclasının ildə 2 dəfə keçirilməsi təklif olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

