Tərtərdə 28 May - Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib
30.05.2014 [08:56]
Tərtər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri qoyub, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov tariximizə Respublika Günü kimi əbədi həkk olunmuş 28 Mayın azadlıq və istiqlaliyyət uğrunda mübarizə salnaməmizdə ən unudulmaz gün olduğunu bildirib.
Tədbirdə geniş məruzə ilə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanda ilk demokratik respublikanın yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə, demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu xüsusi vurğulayıb: “Əsrlər boyu müstəqillik və milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq və yaddaqalan mərhələlərindən biri olub”.
Natiq, həmçinin, qeyd edib ki, XX əsrin sonunda Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra xalqımız böyük təzyiqlərə məruz qalıb, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən qəsb olunub. Ölkəmizin taleyi, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqımız ayağa qalxaraq öz xilaskarını - Ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirib: “Məhz Ulu öndərin böyük zəhməti, siyasi uzaqgörənliyi nəticəsində əsrin sonlarında Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb, daha da inkişaf edərək dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Və Ümummilli liderimizin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün doğma Azərbaycanımızın müstəqilliyi günbəgün möhkəmlənir, ölkəmiz hərtərəfli inkişaf edir, onun beynəlxalq aləmdəki nüfuzu artmaqda davam edir”.
Həmin gün, eyni zamanda, Tərtər rayonunun Heydər Əliyev parkında, 28 May-Respublika Günü ilə əlaqədar bayram konserti olub.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

