Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətin aparıcı qüvvəsi olub
19.09.2014 [09:50]
YAP “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilk partiya təşkilatında yeni üzvlərin qəbulu ilə bağlı toplantı keçirilib
“Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən cəmiyyətin aparıcı qüvvəsi olub. Biz dəmiryolçular da Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu partiyanın sıralarında dövlətçiliyə xidmət etməkdən qürur duyuruq”. Bunu dünən partiyaya yeni üzvlərin qəbulu ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən toplantıda QSC-nin kadrlar şöbəsinin rəisi, YAP-ın ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov deyib.
Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin tariximizə məhz şərəf salnaməsi kimi daxil olduğunu deyən natiq, eyni zamanda, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycandakı mürəkkəb vəziyyət və YAP-ın yaranmasını zəruri edən səbəblər barədə geniş məlumat verib. Onun sözlərinə görə, ölkəmiz üçün taleyüklü, olduqca ağır bir dövrdə YAP-ın yaranması sanki cəmiyyətə yeni bir nəfəs verdi: “Ali ideyaların daşıyıcısı olan bu partiya qısa bir zamanda təşkilatlandı və nəinki Azərbaycanın bölgələrində, eləcə də, iri təsərrüfat subyektlərində dayaq dəstələri formalaşdırıldı. Eyni zamanda, 1996-cı il iyun ayının 25-də dəmiryolçular tərəfindən təsis konfransı keçirildi və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başladı. İndi təşkilat YAP-ın ən fəal qurumlarından biridir və bu gün üzvlük vəsiqələrini alacaq 93 nəfər də daxil olmaqla ümumilikdə öz sıralarında 1760 dəmiryolçunu birləşdirir”.
Çıxışına davam edən natiq onu da deyib ki, dəmiryolçuların Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var: “Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə nəqliyyatın, onun bir qolu olan dəmiryolu kimi nəhəng qurumun inkişaf etdirilməsinə daim qayğı göstərmişdir. Bu qayğı indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, bu qayğıdan güc alan dəmiryolçular partiyamızın sıralarında fəallıq göstərir və üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar”.
Sonra çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov vurğulayıb ki, Ulu öndərin əsasını qoyduğu YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir: “Ümummilli liderimiz Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına misilsiz xidmətlər göstərib. Hazırda bu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir, bunun nəticəsində də böyük uğurlar qazanır. Bilirsiniz ki, indi dünyada qlobal proseslər gedir, böyük dövlətlər öz maraqlarını reallaşdırmağa çalışırlar. Ancaq bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət nümayiş etdirərək, milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Ona görə də, biz öz dövlətimizlə, öz Prezidentimizlə qürur duymalıyıq”.
Daha sonra çıxış edən ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının sədri Jalə Əfəndiyeva, Gənclər Birliyinin sədri Fuad Rəsulov, ərazi ilk partiya təşkilatının sədr müavini Fazil İbrahimov və Gənclər Birliyinin üzvü Nicat Mənsimov bildiriblər ki, müstəqilliyimizin qorunmasında və inkişafında YAP-ın rolu olduqca böyükdür.
Sonda partiya sıralarına yeni qəbul olan dəmiryolçulara üzvlük vəsiqələri verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

