YAP GB-də növbəti seminar keçirilib
20.09.2014 [10:19]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində “Ekologiyasız həyat yoxdur” layihəsi çərçivəsində sonuncu seminar keçirilib. SİA-nın məlumatına görə, seminar iki hissədən ibarət olub.
Seminarı giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, dünyada baş verən hadisələr, xüsusilə də müharibələr ekologiyaya öz təsirini göstərir: “Ermənistanda yerləşən atom elektrik stansiyası da ekoloji baxımdan çox təhlükəli bir obyektdir. Bu stansiya artıq neçə illərdir ki, istismar müddətini başa vurub, lakin hələ də mövcudluğunu qoruyur. Bu stansiya Ermənistanla bərabər, Azərbaycan üçün də böyük təhlükə mənbəyidir”.
S.Orucov onu da qeyd edib ki, ermənilər işğal altında olan torpaqlarımızda ağacların, heyvanların hamısını məhv ediblər: “Bununla onlar təkcə Azərbaycanın deyil, dünya ekologiyasına da ziyan vurublar”.
Onun sözlərinə görə, ölkəmizdə təbiəti qorumaq, ekologiyanın təhlükəsizliyini təmin etmək sahəsində silsilə tədbirlər keçirilir: “Hazırda ekologiyanının qorunması sahəsində dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Dövlət başçımız cənab İlham Əliyevin göstərişi ilə qoruqların mühafizəsi daha da gücləndirilib, ağackəsmə ilə bağlı cəzalar sərtləşdirilib, su-kanalizasiya sistemlərində quruculuq işləri daha da intensivləşdirilib”.
Daha sonra Nazirlər Kabinetinin aparıcı məsləhətçisi Rövşən Məmmədov çıxış edərək ekologiyanın qlobal bir məsələ olduğunu və bu sahədə planlaşdırılan bütün addımların dərhal tətbiq edilməli olduğunu qeyd edib: “Dünyada ekoloji böhran, ekoloji təhlükəsizlik problemləri var. Lakin bu barədə reallaşdırılmalı olan tədbirlər hələ də, sadəcə, vərəq üzərindədir. Onların tətbiqinə artıq çoxdan başlanılmalı idi. Xüsusi ilə nüvə obyektləri və onların təhlükəsiz istismarına nəzarət olunmalıdır. Yaponiyada baş verən hadisə hələ də öz mənfi təsirlərini göstərir, uşaqlarda şüalanmadan yaranan mutasiya halları müşahidə olunur. Belə halların yenidən baş verməməsi üçün dünya dövlətləri bu sahədə birgə tutarlı addımlar atmalıdır”.
Seminarın növbəti hissəsində iştirakçıların sualları və təklifləri dinlənilib. Bir neçə təklifin icrasında onlara istənilən dəstəyin göstəriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19

