Xırdalan şəhərinin sakinləri YAP-ın namizədlərini dəstəkləyəcək
02.12.2014 [09:23]
YAP Abşeron rayon təşkilatı Xırdalan şəhərində tədbir keçirib
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Xırdalan şəhərində tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verib. O, söyləyib ki, bələdiyyələr Azərbaycanda yaranmış gənc özünüidarəetmə strukturudur: “Ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaqdadır. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib”.
Bilman Vəliyev Xırdalan şəhər bələdiyyəsi üzrə YAP-ın 19 namizədi olduğunu diqqətə çatdıraraq söyləyib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq qadınların və gənclərin namizədliklərinin irəli sürülməsi ötən illərə nisbətən üstünlük təşkil edib: “Xırdalan şəhər bələdiyyəsi üzrə irəli sürülmüş namizədlər arasında qadınlar və gənclər üstünlük təşkil edir. Mən əminəm ki, hər zaman olduğu kimi, budəfəki siyasi kampaniyada da partiyamızın namizədləri qalib gələcək”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Əsəd Hüseynov bələdiyyələrin fəaliyyəti barədə məlumat verdikdən sonra Xırdalan şəhər bələdiyyəsinin fəaliyyətini qənaətbəxş hesab etdiyini diqqətə çatdırıb: “Biz çalışmalıyıq ki, insanların bələdiyyələrə olan münasibətini tamamilə dəyişək. Səmərəli, məqsədyönlü fəaliyyətimizə bu gündən başlamalıyıq”.
O, qeyd edib ki, “Xalqa xidmət naminə” şüarı ilə seçkilərdə iştirak edən YAP budəfəki seçkilərdə qadınların və gənclərin namizədliklərinin irəli sürülməsinə də böyük diqqət ayırıb.
Natiq çıxışının sonunda Abşeron rayonunda aparılan abadlıq-quruculuq işlərinə toxunub.
Sonra tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Respublika Vətən Müharibəsi veteranları cəmiyyətinin sədr müavini Kamil Şirinov, Seçki Qərargahının üzvü Əsgər Əmrəliyev çıxış ediblər.
Sonra çıxış edən şəhər sakinləri bələdiyyənin gördüyü işləri qənaətbəxş qiymətləndiriblər. Sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

