Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP bələdiyyə seçkilərinə aydın proqramla gedir

YAP bələdiyyə seçkilərinə aydın proqramla gedir

09.12.2014 [10:12]

Bərdə rayonunun bir sıra kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı uğurlu təbliğat kampaniyası davam edir. YAP Bərdə rayon təşkilatı da bu prosesdə aktivdir. Təşkilatın təbliğat qrupunun üzvləri YAP-ın “Rifah və quruculuq naminə” şüarı ilə keçirdiyi təbliğat kampaniyası çərçivəsində növbəti görüşlərini Qaratəpə, Nazırlı və Məmmədli kəndlərində keçiriblər.
Qaratəpə kəndində Əziz Əzizov, Məmməd Fərzəliyev, Məmmədli kəndində Tovuz Cəfərova, Rafil Hacıyev seçicilər qarşısında çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən bəhs edilib. Natiqlər Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu amil qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın uğur qazanmasına müsbət təsir göstərəcək. Çıxışçılar YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı gördüyü işlərdən də danışıblar.
Rayonun Nazırlı kəndində isə Dilican Məmmədov və başqaları seçicilər qarşısında çıxış ediblər. Çıxış edənlər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin mahiyyətindən, 2009-2014-cü illər ərzində bələdiyyələrin üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən, bölgələrin abadlaşdırılmasından, müasirləşməsindən, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşmasından və nailiyyətlər əldə etmələrindən danışıblar. Onu da bildirək ki, təbliğat kampaniyası çərçivəsində Bərdə rayonunun Lək, Birinci Qaradəmirçi, Əliyanlı, Türkmən, Hacıbəyli və digər kəndlərində də seçicilərlə görüşlər keçirilib. Görüşlər zamanı çıxışlarda qeyd edilib ki, YAP bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir. Seçicilərin partiyaya olan inamı və dəstəyi bu proqramın həyata keçirilməsinə və əhaliyə daha keyfiyyətli bələdiyyə xidməti göstərilməsi üçün ən layiqlilərin yerli özünüidarəetmə orqanlarına seçilməsinə etibarlı təminat olacaq.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30