20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı bir səhifəsidir
20.01.2015 [09:37]
Yevlaxda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı Qadınlar Şurasının və Gənclər Birliyinin, Yevlax şəhər Təhsil şöbəsinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları öncə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı barədə danışıb. Qeyd edilib ki, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi xalqımızn qan yaddaşı olmaqla yanaşı, həm də Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirir.
Natiq faciəli günlərin canlı şahidi kimi gənclərə müstəqilliyimiz uğrunda şəhid olan insanların xatirəsini daim əziz tutmağı, onları heç zaman unutmamağı, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü daim qorumağı tövsiyə edib.
Sonra 20 Yanvar faciəsinin iştirakçıları Niyaz Hüseynov, Cahid Nəbiyev baş vermiş qətliam haqqında gördükləri hadisələri olduğu kimi diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin, ümumşəhər məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi Qönçə Ağayeva öz inşasını oxuyub, Yevlax şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri tərəfində hazırlanmış bədii kompozisiya nümayiş etdirilib.
Tədbirə yekun vuran Yevlax şəhər İcra Hakimiyyəti başcısının müavini Zərifə Məmmədova “Qanlı 20 Yanvar faciəsindən bizi 25 illik bir zaman ayırır. Amma üstündən illər keçsə belə xalqın milli oyanış tarixinin ən qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir”, deyib.
Tədbirdə iştirak edən müəllim və şagirdlərə YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən bukletlər paylanıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

