Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatı 20 Yanvar əlillərinə qayğı göstərir

YAP Nəsimi rayon təşkilatı 20 Yanvar əlillərinə qayğı göstərir

20.01.2015 [09:55]

Xalqımızın tarixinə qəhrəmanlıq tarixi kimi yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü bu günlərdə respublikamızın hər yerində, eləcə də, xaricdə yaşayan soydaşlarımız tərəfindən hörmət və ehtiramla qeyd edilir. Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı bu işdə fəallıq nümayiş etdirir. Belə ki, ümumxalq hüzn günü ərəfəsində YAP Nəsimi rayon təşkilatı bir sıra tədbirlər həyata keçirib. Bu qəbildən olan növbəti tədbirdə rayon ərazisində yaşayan və vətənimizin azadlığı uğrunda şəhid olanların ailə üzvləri, eləcə də, o dəhşətli gecədə sağlamlıqlarını itirərək əlil olmuş soydaşlarımızla görüş keçirilib. YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilən görüşdə şəhid ailələri və əlillərin problemləri ilə yaxından tanış olunub, onların sosial və məişət problemlərinin həllinə yardım göstərilib. Görüşdə vətənin azadlığı uğrunda şəhid olan və sağlamlığını itirən soydaşlarımızın bəzi problemləri həll olunub.
Rayon təşkilatından verilən məlumatda qeyd olunur ki, 1990-cı ilin qanlı Yanvar gecəsində yaralanaraq əlil olmuş və bu günədək sağlamlıq problemindən əziyyət çəkən Üzeyir Nəsirovun müalicəsinə yardım göstərilib. Xatırladaq ki, YAP-ın təşəbbüsü ilə vaxtaşırı olaraq qardaş Türkiyədən Beynəlxalq Yerüzü Doktorlar təşkilatının bir qrup həkim-professor heyəti Azərbaycana gələrək burada təmmənnasız olaraq şəhid ailələri və əlillər üçün cərrahiyyə əməliyyatları keçirir, onları sağlamlıqlarına qovuşdururlar. Bu qəbildən olan növbəti əməliyyat Üzeyir Nəsirovun üzərində aparılıb və uğurla keçən əməliyyatdan sonra o, sağlamlığına qovuşaraq, müalicəsini ev şəraitində davam etdirmək üçün evə buraxılıb.
Məlumatda, həmçinin, qeyd olunur ki, YAP Nəsimi rayon təşkilatının İdarə Heyəti 20 Yanvar şəhidlərindən birini öz himayəsinə götürmək, bu qəbildən olan şəhidlərin ailə üzvlərinin, eləcə də 20 Yanvar əlillərinin vaxtaşırı tibbi müayinəsinin təşkil edilməsinə dair qərar qəbul edib.
Səlim

Paylaş:
Baxılıb: 890 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30