YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının hesabat yığıncağı keçirilib
27.01.2015 [09:51]
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Qadınlar Şurasının 2014-cü ildə görülən işlər və 2015-ci ildə qarşıda duran məsələlərə həsr edilmiş hesabat yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova respublikamızın və cəmiyyətin yüksək inkişafında qadınların rolundan danışıb, ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsindən, qadınların respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi və mədəni proseslərdə fəal iştirakından bəhs edib.
G.Xəlilova bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir: “Hazırda YAP ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiyamız çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar”.
Gülşən Xəlilova çıxışında həmçinin onu da qeyd edib ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Daha sonra o qeyd edib: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verib. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxışını davam etdirən natiq bildirib ki, bu gün YAP Masallı rayon təşkilatının üzvlərinin 28,2 faizini, yəni 2.750 nəfərini qadınlar təşkil edir. Bunların 679 nəfəri ali, 813 nəfəri isə orta ixtisas təhsillidirlər. Sevindirici haldır ki, 2014-cü il ərzində YAP sıralarına daxil olanların 34,1 faizini, yəni 179 nəfərini qadınlar təşkil edib və onların da 87-si gənc qadınlardır. 2014-cü ildə YAP sıralarına daxil olan qadınlarımızın 96 nəfəri dövlət qulluğunda, səhiyyədə, təhsil müəssisələrində, mədəniyyət və digər özəl sahələrdə çalışırlar.
Tədbirdə, eyni zamanda, Gülnaz Talıbova, Rəhimə Rzayeva, Pərvin Rəsulova və başqaları çıxış edərək YAP-ın nüfuzunun gündən-günə artmasından danışıb, qadınların cəmiyyətdə rolunun artdığını bildiriblər.
Daha sonra cari ildə görüləcək işlərlə bağlı müzakirələr aparılıb, partiya həyatında fəal iştirakına görə bir qrup qadınlara YAP Masallı rayon təşkilatı adından qiymətli hədiyyələr təqdim olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

