Dövlət tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir
14.03.2015 [10:49]
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Konfransı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə ümumi məlumat verib. Sonra konfrans iştirakçıları YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin ötən dövr ərzində fəaliyyəti haqqında videofilmə baxıblar.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramovun hesabat məruzəsindən sonra təşkilati məsələlərə baxılıb. Mahmud Məmmədzadə YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Telman İmanov və Nəzirə Rzazadə isə sədr müavinləri, eyni zamanda, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin 39 nəfərdən ibarət Şura, 11 nəfərdən ibarət İdarə Heyəti, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin rolundan danışıb. Natiq Binəqədi rayonunda gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını da diqqətə çatdırıb.
Çıxış edən millət vəkili Sevinc Fətəliyeva YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin rəhbər heyətinə seçilmiş gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkəmizdə dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, gənclərlə bağlı müxtəlif Dövlət proqramlarının qəbul edildiyini deyib.
Qeyd edək ki, martın 12-də, həmçinin, YAP Binəqədi rayon təşkilatının yaradılmasının 22 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ötən müddət ərzində görülən işlərdən danışıb, bir çox uğurlara imza atıldığını bildirib.
Sonda YAP Binəqədi rayon təşkilatının yaradılmasının 22 illiyi münasibətilə bir qrup şəxsə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40

