Gürcüstanda keçirilən “Cənubi Qafqazın gənc siyasətçilər Forumu”nda YAP uğurla təmsil olunub
02.04.2015 [09:58]
Partiyamızın gəncləri ölkəmizi layiqincə təmsil ediblər
Azərbaycan siyasi sisteminin monolit gücü və avanqard siyasi institutu olan, qələbələr partiyası kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyası (YAP) eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə, həmçinin, siyasi sosiallaşma və ictimai-siyasi institutlaşmaya birbaşa, fundamental töhfələr verən ümumxalq partiyası kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu göstərən faktlardan biri onun sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin birləşməsidir. Xüsusilə də, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.
Məhz bütün bunların nəticəsidir ki, YAP Gənclər Birliyi maraqlı layihələrlə çıxış edir, həmçinin, beynəlxalq əlaqələrini də genişləndirir. Belə ki, gənclər ikitərəfli əlaqələr qurmaqla yanaşı, beynəlxalq tədbirlərdə də fəal iştirak edirlər. Buna nümunə kimi 27-29 mart tarixlərində Gürcüstanın Kutaisi şəhərində “Cənubi Qafqazın gənc siyasətçilər Forumu”nu göstərmək olar. Qeyd edək ki, tədbirdə Azərbaycanı 15 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib. Onların arasında YAP-ın təmsilçiləri - Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işçisi Məmmədbağır Məmmədov, YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov, ofisin əməkdaşı Ümid Abuzərli də olub.
Gənclərimiz Aİ-nin nümayəndəsini fakt qarşısında qoyub
Partiyamızın gəncləri bu tədbirdən böyük təəssüratlarla qayıdıblar. YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov qəzetimizə açıqlamasında bildirib ki, tədbiri Niderlandın Çoxpartiyalı Demokratiya İnstitutu təşkil edib. Bu artıq 3-cü belə forumdur. Tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistandan 15 nəfərdən idarət nümayəndə iştirak edib. Ukrayna gəncləri isə forumda qonaq qismində təmsil olunub. Tədbirin açılışında qonaq olaraq Avropa İttifaqının Avropa qonşuluq siyasəti üzrə məsul şəxsi Stefan Füle iştirak edib. Tədbirin açılışında çıxış edən Stefan Füle münaqişələrdən, Ukrayna-Rusiya münasibətlərindən də bəhs edib: “Aİ-nin nümayəndəsi çıxışında XXI əsrdə sərhədlərin zor gücünə dəyişdirilməsindən, beynəlxalq hüquq pozulmasından, qəbul olunmuş sənədlərin kağız üzərində qalmasından, münaqişələr nəticəsində insanların qətlə yetirilməsindən və qaçqın düşmələrindən danışdı və bu halları pislədi. Amma o, çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına münasibət bildirmədi. Belə olan halda, YAP nümayəndələri olaraq niyə bu məsələdə ikili standartların olduğunu, nə üçün Azərbaycanın da işğala məruz qalmasına toxunmadığını soruşduq. S.Füle isə həmişəki kimi standart cavab verdi ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur”.
Həmin tədbirdə YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov “Cənubi Qafqazda partiyalararası əməkdaşlıq” mövzusunda çıxış edib. Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi kontekstində Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyini deyən Ə.Pənahov bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır. O, həmçinin, qeyd edib ki, Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası olan YAP çoxşaxəli beynəlxalq əlaqələrə malikdir. Bundan başqa, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir.
Ə.Pənahov çıxışında onu da deyib ki, “Qafqaz evi” ideyasının reallaşmasına yeganə əngəl Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir. Əgər Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, əməkdaşlıq üçün heç bir maneə olmayacaq. Onun sözlərinə görə, tədbirdə iştirak edən ermənilər əsassız iddialarla çıxış edib. Amma onlara qarşı ciddi arqumentlər qoyulub və susmağa məcbur olublar. “Onlar az qala bütün tarixi saxtalaşdırmağa çalışırdılar. Qarabağın ermənilərə məxsus olduğunu iddia edirdilər. Amma biz tarixi faktlarla nəinki Qarabağın, indiki Ermənistan ərazilərinin tarixən azərbaycanlılara məxsus olduğunu ortaya qoyduq. Belə olan halda isə onlar özlərinə heç bir halda haqq qazandıra bilmədilər” - deyə, YAP Gənclər Birliyi ofisinin rəhbəri vurğulayıb.
Ə.Pənahov hesab edir ki, ümumilikdə bu platforma region gənclərinin əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir: “Səfər çərçivəsində Gürcüstan və Ukrayna gəncləri ilə fikir mübadiləmiz oldu. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək. Onlar YAP gənclərini öz ölkələrinə dəvət etmək niyyətlərini də bildirdilər. Biz Ukrayna və Gürcüstan gənclərinin Azərbaycana böyük rəğbət bəslədiklərini müşahidə etdik”.
Əsassız iddialarla çıxış edən ermənilər susdurulub
YAP Mərkəzi Aparatının işçisi Məmmədbağır Məmmədov isə “Partiyadaxili demokratiya” və “Gənclərin müxtəlif dövlət qurumlarında təmsilçiliyi” ilə bağlı debatlarda iştirak edib. O bildirib ki, bu debatlarda ölkələrdəki mövcud seçki sistemi, gənclərlə bağlı həyata keçirilən siyasət müzakirə olunub: “Mən bildirdim ki, ölkəmizdəki seçki sistemi tam demokratikdir. Seçki Məcəlləsi beynəlxalq standartlara tam uyğundur və bu faktı müxtəlif beynəlxalq qurumlar da təsdiqləyiblər. Eyni zamanda, majoritar seçki sistemi tətbiq olunur ki, hər bir şəxsin konstitusion hüququ var ki, qanun çərçivəsində parlament seçkilərində namizədliyini irəli sürsün. Amma Gürcüstan və Ermənistanda majoritar və proporsional seçki sistemi mövcuddur. Proporsional seçki sistemi odur ki, əgər partiya kiminsə namizədliyini irəli sürməsə, o, müstəqil şəkildə namizəd ola bilməz. Bu baxımdan, Azərbaycandakı seçki sistemi daha demokratikdir. Mən debatlarda Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əhəmiyyəti haqqında da fikirlərimi bildirdim. Qeyd etdim ki, bu uğurlu siyasət ölkə gəncliyinin inkişafına xidmət edir”.
M.Məmmədovun sözlərinə görə, debatlarda da ermənilər qeyri-konstruktiv mövqe ortaya qoyublar. Onlar mövzulardan kənara çıxaraq gülünc iddialarla çıxış ediblər: “Ermənistan gənclərinin iddiaları cavabsız qalmadı. Ermənilər özlərini aldadırdılar. Nəinki ölkəmizə, Gürcüstana qarşı da ərazi iddiaları səsləndirdilər. Buna görə də, gürcü və erməni gənclər arasında mübahisə yarandı. Erməni gənclər iddia edirdilər ki, az qala regiondakı bütün torpaqlar onlara məxsusdur. Biz isə arqument kimi həm tarixi, həm də hüquqi faktları sadaladıq. BMT Təhlükəsizlik Şurasının qətnamələrini onlara xatırlatdıq. Tədbirin bağlanış mərasimində isə Ermənistanın iqtidar və müxalifət partiyalarının nümayəndələri arasında mübahisə oldu. Müxalifət nümayəndələri iqtidarı “avantürist və terrorçu hakimiyyət” adlandırdı”.
YAP GB ofisinin əməkdaşı Ümid Abuzərli isə ilk olaraq “Pul və siyasət” mövzusunda keçirilən seminarda iştirak edib. Sonra isə o, “Sosial media və elektron hökumət partiyaların siyasətində” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də, söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi elekton hökmət, eləcə də, media sahəsində yeni yanaşmaların olmasını tələb edir: “Elektron hökumət və ya “e-hökumət” - hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni, hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər”.
Ü.Abuzərli əlavə edib ki, “E-hökumət” layihəsi Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər) əsasən işlənib hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir: “Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin, öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır”.
Ü.Abuzərlinin sözlərinə görə, ermənilər Azərbaycanda gənclərə olan münasibət haqqında xeyli suallar veriblər. Amma bununla yanaşı, onlar işğalçılıq siyasətindən əl çəkmək niyyətində də olmadıqlarını da nümayiş etdiriblər. “Amma ermənilər dərk edirlər ki, Azərbaycan regionun lider ölkəsidir. Əgər işğalçılıq siyasətindən əl çəkməsələr, uduzan tərəf Ermənistan olacaq. Çünki ölkəmiz dünyada böyük uğurlara imza atır. Ermənistan isə böyük layihələrdən kənarda qalır. Çox qəribədir ki, ermənilər bildirirdilər ki, Ermənistanın ən güclü gənclər təşkilatı onun silahlı qüvvələridir. Əgər erməni silahlı qüvvələrinin işğalçı olduğunu nəzərə alsaq, onların sülhə və əməkdaşlığa hazır olmadıqlarını söyləyə bilərik”.
Beləliklə, YAP-ın gəncləri bu forumu Azərbaycanın təbliği baxımından uğurlu hesab edirlər. Eyni zamanda, bu fakt YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişlənməsinin göstəricisidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

