Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

YAP Suraxanı rayon təşkilatında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

23.04.2015 [10:15]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə “Gözlərə nur bəxş edən insan” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, akademik Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib: “1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq”.
Sonra Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş olunub.
Tədbirdə YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva çıxış edərək görkəmli alim, gözəl insan, qayğıkeş ana, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. O, bildirib ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib: “Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindən olub”.
Tədbirdə, həmçinin, 23 saylı şəhər poliklinikasının baş həkimi Şərəbanı Yusifzadə, 6 saylı Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova, Qadın İnkişaf Mərkəzinin Suraxanı rayon bölməsinin sədri Şövkət Xanməmmədova və Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək xalqımızın vətənpərvər övladı Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışıblar. Qeyd edilib ki, görkəmli alim bütün Türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30