Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə növbəti görüşü olub

Deputatlığa namizəd Aydın Mirzəzadənin Mingəçevir şəhərində seçicilərlə növbəti görüşü olub

24.10.2015 [11:53]

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədi Aydın Mirzəzadənin seçicilərlə növbəti görüşü olub. Görüşü YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov açaraq qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. Onun sözlərinə görə, “Yeni hədəflərə doğru!” seçki şüarı ilə seçkilərə gedən partiyamız daim xalqımızın maraqlarından çıxış edir. C.Yusubov bildirib ki, Mingəçevir seçiciləri hər zaman YAP-ın namizədlərinə etimad göstəriblər.
Çıxış edən təbliğat qrupunun rəhbəri Əyyub Əyyubov YAP-ın seçki platformasından və deputatlığa namizəd Aydın Mirzəzadənin siyasi fəaliyyətindən danışıb, həmçinin seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb.
Şəhər ağsaqqalı Qurban Əliyev, seçicilərdən Elyar Mustafayev, Mahir Məlikov, gənc fəal Eldar Dərişov çıxış edərək partiya namizədini dəstəklədiklərini bildiriblər.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə ona göstərilən etimada görə YAP-ın rəhbərliyinə təşəkkür edib və bu etimadı layiqincə doğrultmağa çalışacağını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini deyən A.Mirzəzadə bu inkişaf prosesində YAP üzvlərinin də yaxından iştirak etdiyini qeyd edib. O, millət vəkili seçiləcəyi təqdirdə parlament səviyyəsində dövlətin maraqlarını müdafiə edəcəyini və seçicilərlə daim sıx əlaqə saxlayacağını vurğulayıb.
Sonda A.Mirzəzadə seçicilərin təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30