Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dövlətçiliyimizin möhkəmlənməsində YAP-ın rolu inkarolunmazdır

Dövlətçiliyimizin möhkəmlənməsində YAP-ın rolu inkarolunmazdır

24.10.2015 [12:01]

YAP-ın deputatlığa namizədi Şahin İsmayılov Beyləqan rayonunda seçicilərlə görüşüb
Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən kampaniya çərçivəsində YAP-ın 81 saylı Beyləqan Seçki Dairəsindən parlament üzvlüyünə namizədi Şahin İsmayılovun Beyləqan rayonunda seçicilərlə görüşü olub.
Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev deyib ki, YAP seçkilərə start verilən gündən etibarən bütün zəruri seçki hərəkətlərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq şəkildə və yüksək mütəşəkkilliklə həyata keçirib.
Sonra namizədin tərcümeyi-halı barədə məlumat verən Rəfail Pəsiyev Şahin İsmayılovun dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətindəki fəaliyyətindən də geniş bəhs edib. Beyləqanlı seçiciləri seçkilərdə fəal olmağa səsləyən natiq əmin olduğunu bildirib ki, xalqımız YAP-a olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək, noyabrın 1-də seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verəcək.
Sonra seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Şahin İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə inkişafın əldə edildiyini deyib: “Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının xidməti və rolu inkarolunmazdır. YAP iqtidar partiyası kimi daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edib”.
Öz növbəsində, çıxış edən seçicilər artıq namizədlərini müəyyənləşdirdiklərini və noyabrın 1-də partiyamızın gənc namizədi Şahin İsmayılovu dəstəkləyəcəklərini vurğulayıblar.

Paylaş:
Baxılıb: 722 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30