Muxtar Babayev Sumqayıt şəhər 11-ci mikrorayonun seçiciləri ilə görüşüb
27.10.2015 [09:51]
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Dünən Sumqayıt şəhərində kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən YAP-ın namizədi Muxtar Babayevin şəhərin 11-ci mikrorayonunun sakinləri ilə görüşündə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev artıq bir neçə gündür davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə izdihamın yaşandığını, seçicilərin bu görüşlərə böyük həvəslə gəldiklərini söyləyib. Onun sözlərinə görə, bu fəallıq şəhər ictimaiyyətinin YAP-a və partiyamızın Sədri İlham Əliyevə böyük dəstəyinin, sevgisinin bariz nümunəsidir: “Bütün görüşlərimizdə seçicilərimiz seçimlərinin YAP-ın irəli sürdüyü namizədlər olduğunu dilə gətirirlər. Bu da təsadüfi deyil. Muxtar Babayev də partiyamız tərəfindən yenidən namizədliyi irəli sürülmüş şəxslərdəndir. Muxtar müəllimin ötən beş ildəki fəaliyyəti seçicilərimiz tərəfindən yüksək qiymətləndirilir”.
Çıxış edən deputatlığa namizəd Muxtar Babayev son illərdə ölkəmizdə müşahidə olunan inkişafa diqqət çəkib. Sumqayıtda böyük müəssisələrin yaradıldığını, yeni iş yerlərinin açıldığını, işsizliyin səviyyəsinin azaldığını dilə gətirən M.Babayev bunun fonunda insanların güzəranının yaxşılaşdığını, yolların çəkildiyini, məktəblərin tikildiyini deyib: “Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Partiyamız hər zaman xalqımızın, dövlətimizin maraqlarını şərəflə qoruyub. Partiyamızın üzvü olan millət vəkillərimiz qanunverici orqanda mühüm təşəbbüslərlə çıxış edirlər. İnanıram ki, YAP-ı təmsil edən millət vəkillərinin səmərəli fəaliyyətinin davamlı olması üçün seçicilərimiz noyabrın 1-də partiyamızın namizədlərinə səs verəcəklər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

