Nizami rayonunda YAP-ın yaranmasının 23-cü ildönümü qeyd edilib
21.11.2015 [10:06]
Sədaqət Vəliyeva: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü ilə əlaqədar “SƏS” Media Holdinqin və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Nizami rayonunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “SƏS” Media Holdinqin partiyanın yaranma və inkişaf tarixinə həsr olunmuş filminə baxış keçirilib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb. Rayon təşkilatının sədri qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib. Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur. Bu il partiyamızın əlamətdar tarixi günü - 23 illiyi Nizami rayon təşkilatı tərəfindən silsilə tədbirlərlə qeyd edilir: “Qeyd edim ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda rayon təşkilatının sıralarında 140-dan çox ərazi ilk partiya təşkilatında 11 mindən artıq üzv birləşib. Sevindirici haldır ki, üzvlərimizin 55 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımız isə 5000 nəfərdən artıqdır”.
Sədaqət Vəliyeva sonda bir daha deyib ki, YAP Nizami rayon təşkilatı hər zaman olduğu kimi budəfəki seçkilərdə də yüksək aktivlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi.
Daha sonra Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, “SƏS” Media Holdinqin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov qeyd ediblər ki, müasir Azərbaycanın müstəqillik tarixinin uğurları YAP-ı yaradan Ulu öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, eyni zamanda, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqları ilə əlaqədardır.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

