YAP gəncləri ölkəmizin ictimai-siyasi həyatında fəal təmsil olunurlar
21.11.2015 [10:20]
Partiyamız hər zaman gənclərin inkişafına xüsusi töhfələr verir
Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Öz növbəsində, hazırda cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən ölkə gənclərinin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir.
Eyni zamanda, Yeni Azərbaycan Partiyası öz fəaliyyətində daim üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır.
Bunu partiyanın yaranmasının 23-cü ildönümü ilə əlaqədar qəzetimizə açıqlama verən YAP-ın gənc fəalları da təsdiqləyiblər.
Əli Pənahov YAP Gənclər Birliyinin sədr müavini, YAP GB Ofisinin rəhbəri
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaradıcısı olduğu YAP ötən 23 ildə böyük inkişaf yolu keçib. Hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, siyasi sistemdəki yerinə görə ölkə daxilində aparıcı partiya olmaqla yanaşı, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa, həmçinin əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir.
Ötən 23 ildə keçilən yola nəzər saldıqda bir daha şahidi oluruq ki, partiyamızın rəhbərliyi hər zaman gənclərə böyük etimad göstərib və bu gün də göstərməkdədir. Bu gün YAP-ın sıralarında 250 mindən çox gənc birləşib və onların əksəriyyəti fəal gənclərdir.
Samirə Quliyeva YAP Gənclər Birliyinin sədr müavini
Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 mindən artıq üzvü olan partiyamız ötən dövrdə şərəfli yol keçib. Ümumiyyətlə, Azərbaycanın yeni tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik.
Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. YAP üzvləri Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 23 illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Mən partiyamızın yaranmasının 23-cü ildönümü münasibətilə bütün YAP üzvlərini, o cümlədən gəncləri təbrik edirəm, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıram.
Bəxtiyar Nəbiyev YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədri
Yarandığı 23 il ərzində ölkəmizin milli maraqlarının qorunmasında mühüm rol oynamış Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi istiqamətində yorulmadan fəaliyyət nümayiş etdirir. Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs ideallar dayanır.
YAP Ulu öndər Heydər Əliyev ideologiyasının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu öndər ideologiyası ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. 2003, 2008, 2013-cü illərdə keçirilmiş prezident seçkilərində gənclər alternativsiz namizədimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək yeni Azərbaycanın inkişafı, müdafiəsi, daim güclənməsi, möhkəmlənməsi naminə çalışaraq Ulu öndər ideologiyasına bağlılıqlarını bir daha sübut etdilər. Gənclərimiz sədaqətli, etibarlı və ən vacibi dövlətinə, milli maraqlara bağlıdırlar.
Yusif Babanlı YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri
Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan yeni siyasi qüvvə - Yeni Azərbaycan Partiyası qısa zaman kəsiyində xalqın etimadını qazandı, iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atdı.
Bu gün yaranmasının 23-cü ildönümünü qeyd etdiyimiz partiyamız 2003-cü ildən öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm qələbələrə imza atan Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında tutduğu mövqeni möhkəmləndirməyə, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə davam edir. Ölkəmizdə keçirilən bütün seçkilərdə əldə olunan qalibiyyət isə partiyamıza olan ümumxalq sevgisinin və inamın növbəti təsdiqinə çevrilib.
Elmar Məmmədov YAP GB Ofisinin təşkilati işlər üzrə koordinatoru
Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən, avanqard siyasi qüvvə olan və fəaliyyətində xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının yaranmasından 23 il ötür. Bu 23 ildə Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən, ideoloji xarakteristikasına görə islahatçı, praqmatik, elit və mütərəqqi siyasi institut kimi bütün dünyada şöhrət qazanıb. Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır. Partiyanın fundamental ideoloji prinsipləri azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri özündə ehtiva edir. Xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 22 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası daşıdığı dəyərlərə və səmərəli fəaliyyət mexanizminə görə vətəndaşların siyasi iştirakçılıq və sosiallaşma səviyyəsini artıran, siyasi subyektlərarası inteqrasiya prosesinə xüsusi təkan və töhfə verən, müsbət və sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayan aparıcı, avanqard sosial-siyasi təsisat kimi özünü təsdiqləyib.
Aliyə Ağrılı YAP GB Ofisinin koordinatoru
23 illik qısa bir zaman kəsiyində Cənubi Qafqaz regionunun ən böyük partiyasına, Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilməyi bacaran Yeni Azərbaycan Partiyası ölkəmizdə müasir siyasi münasibətlər sisteminin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin başlanğıcına çevrildi. Artıq 23 ildir ki, xalqımızın etimadını doğruldan, müstəqil Azərbaycan dövlətində keçirilən seçkilərdə parlaq qələbələr qazanan YAP milli maraqların qorunmasında, dövlətimizin iqtisadi inkişafının daha da yüksəldilməsi istiqamətində öz gücünü səfərbər edib. Bu gün xüsusilə gənclər Yeni Azərbaycan Partiyasına üz tuturlar, partiyamızın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşirlər. Sağlam təməl üzərində qurulan, müasirliyi və yeniliyi özünün inkişaf prinsipinə çevirən Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli maraqlarının müdafiəçisidir. Əminəm ki, biz gəncləri gözləyən işıqlı gələcəkdə Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin bütün problemlərinin həllində aktiv rol alacaq.
Fərid Nəsibov YAP GB ofisinin layihələr üzrə koordinatoru
1990-cı illərin başlanğıcında SSRİ-nin süqutu ilə müşayiət olunan siyasi xaos ölkədə vətəndaş qarşıdurmalarının yaranmasına rəvac verirdi. Belə bir siyasi gərginlikdə yeganə çıxış yolu Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan siyasi partiyanın ətrafında birləşərək ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək idi. “91-lər” adlanan Azərbaycan cəmiyyətinin tanınmış ziyalılarının Ulu öndər Heydər Əliyevə müraciəti və Onun bu müraciətə müsbət cavabı müstəqil, müasir Azərbaycanın inkişafında, qüdrətlənməsində, çiçəklənməsində böyük və həlledici rol oynamışdır. Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoydu.
Partiyanın qazandığı hər bir uğur sağlam düşüncənin, sağlam rəqabətin, ağılla ideal səviyyədə, obyektiv düşünülmüş yollarla əldə olunmaqdadır. Zamanında dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə yaranan, bu gün Ulu öndərimizin layiqli davamçışı Prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi qüvvənin üzvü olmaq böyük bir məsuliyyət olmaqla yanaşı, böyük xoşbəxtlikdir. Partiyamız bu gün cəmiyyətin, ölkənin siyasi-ictimai təfəkkürünün sağlam şəkildə formalaşmasında böyük rol oynayır.
Daşqın Qənbərov YAP Gənclər Birliyinin şura üzvü
1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizdə sabitliyin, inkişafın əsasını qoymaqla yanaşı, insanlarda gələcəyə inam yaratdı, xalqımızda üzləşdiyi bəlalardan qurtulacağına əminlik formalaşdırdı. Yarandığı qısa zaman kəsiyində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində aktiv rol aldı, qısa bir müddətdə cəmiyyətin etimadını qazandı. Adına uyğun olaraq zamanın, dövrün, dünyanın çağırışlarına cavab verən, dünyada gedən inkişafla ayaqlaşmağı bacaran Yeni Azərbaycanı qurmağa başladı.
Biz - Yeni Azərbaycan Partiyasının üzvləri bu gün fəxrlə, əminliklə deyə bilərik ki, Ulu öndərimizin qurucusu olduğu partiyamız qarşısına qoyduğu əsas hədəflərinin böyük əksəriyyətinə nail olub. Ulu öndərimizin siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin yüksək siyasi idarəetmə qabiliyyəti Yeni Azərbaycan Partiyasının gələcək uğurlarının əsas təminatçısına çevrilib.
Şəfəq Əhmədova YAP GB Ofisinin koordinatoru
Partiyamız bu 23 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. Bu gün partiyanın sıralarında 660 mindən çox üzv var.
Sevindirici haldır ki, partiyamızın sıraları genişlənir və ən əsası, gənc nəslin partiyamıza axınını müşahidə edirik. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir.
YAP-ın uğurlarının təməlində isə fəaliyyətini davamlı olaraq təkmilləşdirməsi və hər zaman inkişafa, yeniliyə açıq olması kimi mühüm səbəblər dayanır. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 21 ildə qatıla bilib. Deməli, partiyamız demokratik, hüquqi dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, demokratik dünyaya inteqrasiya etməkdədir.
Əli Qənbərli YAP GB Ofisinin koordinatoru
Hər zaman siyasi proseslərin önündə gedən, xalqın taleyüklü məsələlərinə xüsusi diqqət və qayğıyla yanaşan Yeni Azərbaycan Partiyasının üzərində tarixi bir missiya var. Bu missiyanın mahiyyətində xalqımızın xoşbəxtliyi və firavanlığı, təhsilli və savadlı olması, maariflənməsi, bəşəriyyətə töhfələr verməsi kimi mühüm amillər dayanır. Xalqa sədaqətlə xidmət etməyin müqəddəsliyini dərk edən insanlar, Ulu öndər Heydər Əliyev siyasi məfkurəsini özünün həyat amalına çevirənlər Azərbaycan xalqının əsrlər boyu sahib çıxdığı dəyərləri partiya ideologiyasına çevirib, milli ideologiyanı sarsılmaz təməl üzərində davam etdirməyə nail oldular.
1992-ci il noyabrın 21-dən bu günümüzə qədər partiyamızın vahid amalı xalqa və dövlətçiliyə xidmətdir. Tarixi ənənələri yaşatmaqla müasir cəmiyyət, dövlət qurmaq istəyi hər bir hakim partiyanın ən böyük arzusudur. Tam qətiyyətlə demək olar ki, Yeni Azərbaycan Partiyası bunu bacardı.
Partiyamızın çoxminli üzvləri bu gün ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında xüsusi fəallıq göstərməklə dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.
Aytən Hüseynova YAP GB Ofisinin koordinatoru
Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri və rolu olan, ölkəmizin aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının yaranmasından 23 il ötür. Ötən 23 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçib. Bu illər müstəqil Azərbaycanımızın inkişaf tarixi ilə paralellik təşkil edir.
Ulu öndər Heydər Əliyev siyasi kursunu qəti, prinsipial və modern şəkildə, uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək dövlətçilik amallarına söykənən təşəbbüsləri, ölkənin hərtərəfli inkişafına, xalqın rifahının yüksəlməsinə yönəlmiş addımları ilə bütün azərbaycanlıların Prezidenti olduğunu hər zaman nümayiş etdirib. Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirməyi bacarmış cənab Prezident İlham Əliyev bu gün Azərbaycanda gerçəkləşdirilən qlobal iqtisadi islahatları, demokratik hüquqi prosesləri, sürətli quruculuq işlərini uğurla həyata keçirir. Bu uğurlar həm də yaradıcısı Ümummilli liderimiz Heydər Əliyev olan və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlarıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

