Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib

Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib

15.01.2016 [09:32]

YAP Goranboy rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov tədbiri açaraq YAP-ın yaranma tarixindən və keçdiyi şərəfli inkişaf yolundan danışıb. O qeyd edib ki, Azərbaycanı XXI yüzilliyin və III minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əsası 1994-cü ildə qoyulub: “Ötən dövr ərzində partiyamızın rayon təşkilatı ölkə həyatında mühüm rol oynayıb, rayonun ictimai-siyasi, mədəni həyatında fəal, aparıcı qüvvəyə çevrilib. Hazırda YAP Goranboy rayon təşkilatı 90 ilk partiya təşkilatında 6985 nəfər üzvünü birləşdirir ki, bunun da 3841 nəfərini, yəni 54,9 faizini qadınlar, 2085 nəfərini, yəni 30 faizinin isə gənclər təşkil edir”.
O qeyd edib ki, YAP Goranboy rayon təşkilatı ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edib, öz potensialını uğurla səfərbər edib.
Tədbirdə YAP Goranboy təşkilatının ilk yaradıcıları Füzuli Almuradov, Kəmalə Axundova və rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov rayon təşkilatının yaranma tarixindən, onun keçdiyi çətin və şərəfli yoldan danışaraq qeyd ediblər ki, YAP müstəqil Azərbaycan dövləti ilə birgə addımlayaraq öz fəaliyyəti ilə Azərbaycan xalqının etimadını doğruldub.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
NURLAN

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30