Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çində səfərdədir

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çində səfərdədir

31.03.2016 [11:23]

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin başçılığı ilə partiyanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb.
Səfər zamanı keçiriləcək görüşlərdə iki ölkənin münasibətlərinə, habelə hakim partiyalar arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları - YAP Siyasi Şurasının üzvü Musa Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, Naqif Həmzəyev, Şahin İsmayılov, habelə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və birliyin üzvü Elmar Məmmədov daxildir.
Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxay və Çendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, sənaye obyektlərinin fəaliyyəti ilə tanış olacaq.

Paylaş:
Baxılıb: 1203 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30