/ / Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
04.05.2016 [10:10]
Dünən Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzinin “Eko” parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Xəzər rayon İcra Hakimiyyətinin və “Xəzər” İnkişaf Fondunun birgə təşəbbüsü ilə reallaşdırılıb.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini bildirib. O, Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib. N.Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni bir səhifə açıldı: “1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kimi nadir şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Onun sözlərinə görə, məhz bugünkü Azərbaycan bizlərə Ulu öndərdən miras qalıb. B.Quliyev sovetlər dövründə də Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi üçün müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb. “Müstəqilliyimizin ilk illərində ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün vətəndaş cəmiyyətinin formalaşması prosesi gedir. O illərdə sosial, iqtisadi, siyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil Azərbaycan kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur. O dövrlə bu dövr arasındakı fərqə nəzər yetirəndə hər birimiz bu göstəricilərin, bu uğurların şahidi oluruq”, - deyə baş redaktor vurğulayıb.
B.Quliyev onu da qeyd edib ki, müasir Azərbaycan Ulu öndərin şah əsəridir. O, həmçinin, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı prosesində “Səs” qəzetinin oynadığı roldan da bəhs edib.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə çıxışında qeyd edib ki, Heydər Əliyev kimi dahi liderimiz olmasaydı, Azərbaycanın varlığından söhbət edə bilməzdik: “Ölkəmizin bugünkü inkişafı, tərəqqisi Onun apardığı uğurlu siyasətin nəticəsidir. Bütün həyatını Vətəninə, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, Ulu öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”.
V.Rəhimzadə vurğulayıb ki, Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, deyərdim ki, bütövlükdə yenidən qurulur. Bu gün Azərbaycan dövlətinin mövcudluğu, varlığı, bütövlükdə vətəndaşlarının varlığı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev ölkəmizin, müasir dövlətçiliyimizin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz qoyub: “Nə qədər Ulu öndərin fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, Ondan sonrakı mərhələdə də dahi şəxsiyyətin ideyaları, əməlləri vardır. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli liderin şah əsəri kimi səciyyələndiririksə, deməli, tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Ümummilli liderimiz Heydər Əliyev məhz elə o böyük dövlət xadimlərindən idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan azərbaycançılıq ideologiyasının banisidir. Ulu öndərin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya siyasətində özünəməxsus yer tutub. Ümummilli liderin həmişəyaşar ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə yeni-yeni uğurlar qazandıracağı isə şübhəsizdir”.
Millət vəkili Hikmət Babaoğlu onu da vurğulayıb ki, ötən hər gün Ulu öndərin nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha təsdiqləyir: “Zaman keçdikcə, dünyada baş verən siyasi prosesləri dərk etdikcə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq. Ümummilli lider Özündən sonra çox böyük irs qoyub. Bu irsin tədqiq olunması, öyrənilməsi və yeni nəslə ötürülməsi bizim nəslin, Azərbaycan ziyalılarının, elm adamlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Çünki Heydər Əliyev irsi Azərbaycanın milli dövlətçiliyi, onun əsasları və təməlləri deməkdir”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən, bütövlükdə məhv olmaqdan xilas edib: “Bu gün biz Ümummilli liderimizin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşları olaraq dünyada söz sahibinə çevrilmişik. Bu gün biz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsini ölkəmizin uğurlarında görürük. Fəxr edirik ki, bizim məhz Ulu öndər kimi dahi liderimiz var”.
Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bildirib ki, Azərbaycan adında müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövləti bizə məhz Ulu öndər Heydər Əliyev ərməğan edib. Onun sözlərinə görə, Ümummilli liderimiz cəmiyyətin bütün sahələrində islahatların aparılması ilə bağlı qərarlar verib: “İstər dövlətə, istər cəmiyyətin ayrı-ayrı təbəqələrinə münasibətdə çox böyük bir strategiyanı hazırlayıb bizlərə miras qoyub. Bu gün XXI əsrin Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Xalqımız dövlət başçısının ətrafında sıx birləşib və Onun həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir”.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56

