“Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası”
04.05.2016 [10:11]
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə partiyanın Yasamal rayon təşkilatının qərargahında “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva Azərbaycanın tolerantlıq məkanı olduğunu, bütün vətəndaşların əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir: “Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu istiqamətdə beynəlxalq forumların keçirilməsi üçün ideal yerdir. Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin ölkəmizdə bir həyat tərzi olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın tolerantlıq ənənələrinin dünyada təbliğ olunması baxımından mühüm tədbirlər keçirir”.
N.Əliyeva qeyd edib ki, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Onun sözlərinə görə, respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. O, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan bütün xalqları vahid amal uğrunda birləşdirdiyini vurğulayıb.
Konfransda YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova və YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə İsmayılova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə Məmmədova bildirib ki, bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Onun sözlərinə görə, tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə və təqdirlə qarşılanır.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova konfransda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin qədim tarixi köklərə malik olduğunu söyləyib. O bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub: “Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, çoxkonfessiyalılıq, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətləridir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi, dövlətimizin başçısının dediyi kimi, bir daha sübut edir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir”.
B.Muradova qeyd edib ki, Azərbaycan tolerant dövlətdir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır: “Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olub”.
YAP İdarə Heyətinin üzvü deyib ki, Ümummilli lider Heydər Əliyevin atdığı düşünülmüş və qətiyyətli addımlar, milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı Azərbaycanda tolerantlığın və multikulturalizm ənənələrinin yenidən bərpa olunmasına, onun daha da inkişaf etdirilməsinə gətirib çıxardı: “Biz bunu çox yüksək qiymətləndiririk və daim qoruyub saxlamalıyıq”.
Vitse-spikerin fikrincə, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası və multikultural dəyərlər bir-birilə bağlıdır.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu öndərin haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyini söyləyib. O, ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyinin olduğunu vurğulayıb.
Xatırladaq ki, tədbirdə YAP-ın Yasamal, Səbail və Qaradağ rayon təşkilatlarının qadınlar şuralarının üzvləri iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20

