Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyi və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşəbbüsü ilə “Xəmsə” milli intellektual oyunu keçirilib

YAP Gənclər Birliyi və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşəbbüsü ilə “Xəmsə” milli intellektual oyunu keçirilib

07.05.2016 [09:18]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Bakı şəhərinin rayonları və Sumqayıt şəhərinin gəncləri arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov qeyd edib ki, yarışmada 12 komanda iştirak edir. O bildirib ki, Ulu öndər Heydər Əliyev daim gənclərə böyük etimad göstərib, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub: “Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub”.
Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov yarışda iştirak edən komanda iştirakçılarına uğurlar arzu ediblər.

Paylaş:
Baxılıb: 1150 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30