/ / Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
22.07.2016 [10:00]
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Cəmiyyətdə mətbuatın rolunun müstəsna əhəmiyyət kəsb etdiyini deyən S.Novruzov hər bir vətəndaşın məhz mətbuat vasitəsilə informasiya əldə etdiyini bildirib. Azərbaycanda mətbuata dövlət səviyyəsində yüksək qayğı göstərildiyini deyən YAP İcra katibinin müavininin sözlərinə görə, müstəqil ölkəmizdə mətbuatın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ümummilli lider Heydər Əliyev hər zaman mətbuata və onun nümayəndələrinə qayğı ilə yanaşıb. Ulu öndərimiz mətbuatın problemləri ilə əlaqədar bir sıra Fərman və sərəncamlar imzalayıb. Eləcə də vaxtaşırı olaraq mətbuat nümayəndələri ilə görüşüb. Mətbuata qayğı, söz və fikir azadlığının təmin olunması baxımından Ulu öndər dünya üçün bir nümunə göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin bu gün milli mətbuatın inkişafı üçün atdığı addımlar göz önündədir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Azərbaycanın müharibə şəraitində olduğunu xatırladan S.Novruzov torpaqlarımızın bir hissəsinin işğal olunduğunu, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq arzusunda olduğunu qeyd edib. O bildirib ki, bu mənada mətbuatımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük rol oynayır. Ümumiyyətlə, KİV-in dünyada aparıcı rolunu qeyd edən YAP İcra katibinin müavini bildirib ki, müasir dövrdə informasiya amili mühüm önəm kəsb edir və dünyada bu faktor daha da güclənməkdədir. O xatırladıb ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı mətbuat dövlətçilik maraqlarından çıxış etdi: “Hələ 1994-cü ildə Azərbaycanda da dövlət çevrilişinə cəhd zamanı Ulu öndər Heydər Əliyev mətbuat vasitəsilə xalqa müraciət etdi və xalqla Ulu öndərin birliyi nəticəsində həmin cəhdin qarşısı qətiyyətlə alındı”.
Dünyada və regionda mürəkkəb proseslərin baş verdiyini xatırladan YAP İcra katibinin müavini belə bir şəraitdə Azərbaycan mətbuatının mütləq əksəriyyətinin milli maraqlardan çıxış etdiyini və Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiyini vurğulayıb: “Bu gün dünyada çox mürəkkəb proseslər baş verir. Eləcə də regionda da baş verən xoşagəlməz hadisələr narahatlıq doğurur. Bütün bunlar ictimai-siyasi sabitliyin hər bir cəmiyyət üçün nə qədər önəmli olduğunu təsdiqləyir”.
S.Novruzov bildirib ki, bu gün dünya ictimaiyyətini narahat edən əsas problemlər terrorizm, etnik qarşıdurmalar, münaqişələrdir. Onun sözlərinə görə, Azərbaycan hərbi təcavüzə və terrora məruz qalan ölkə olduğu üçün bunun fəsadlarını yaxşı bilir.
“Bu gün dünya həmçinin qaçqın və miqrasiya problemi ilə üz-üzədir. Azərbaycanın bir milyon vətəndaşı qaçqın-köçkün həyatı yaşayır. Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşüblər. Buna baxmayaraq, dövlətimiz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq addımlar atır. Əsas məsələ isə bu insanların doğma torpaqlarına qayıtmalarıdır. Bu gün işğalçı Ermənistanda böyük gərginlik var. Dövlətimizin siyasəti ona yönəlib ki, danışıqlar prosesi nəticəsində münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Azərbaycanın güclü ordusu var. Əgər sülh danışıqları nəticə verməsə, Ali Baş Komandanın əmri ilə hər an ordumuz torpaqlarımızı işğaldan azad edə bilər. Aprel hadisələri bunu bir daha təsdiqlədi və bu hadisələr zamanı mətbuatımız milli maraqlardan çıxış etdi. İnşallah, mətbuatımız qələbə xəbərini də xalqımıza çatdıracaq. Bu gün Azərbaycan özünü daha da gücləndirir. Ona görə də dünyada baş verən maliyyə-iqtisadi böhranı Azərbaycanda hiss olunmur. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur, dövlətimiz və cəmiyyətimiz inkişafa köklənib. Çünki sabitlik olmayan yerdə sosial-iqtisadi inkişafdan danışmaq mümkün deyil. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə mühüm islahatlar aparılır. Bu islahatlar gələcək inkişafımızı şərtləndirir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir. YAP-ın fəaliyyətinin mətbuatda geniş işıqlandırıldığını vurğulayan S.Novruzov bu dəstəyə görə mətbuat nümayəndələrinə təşəkkür edib. O qeyd edib ki, ölkədə keçirilən bütün seçkilər zamanı da YAP mətbuatın imkanlarından geniş istifadə edir. S.Novruzov Konstitusiya Məhkəməsinin Azərbaycan Konstitusiyasına dəyişikliklərlə əlaqədar Referendum Aktı layihəsinə müsbət rəy verəcəyinə inamını ifadə edib və qeyd edib ki, bu məsələ ilə əlaqədar KİV-in fəallıq göstərəcəyinə inam böyükdür.
Hər il 22 iyul - Milli Mətbuat Gününün ölkəmizdə ümumxalq bayramı səviyyəsində qeyd olunduğunu deyən YAP İcra katibinin müavini partiyanın bundan sonra da KİV-lə fəal əməkdaşlıq edəcəyini söyləyib.
Sonda tədbirdə iştirak edən jurnalistlərə YAP tərəfindən mükafatlar təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

