Gələcək inkişafımız naminə “HƏ” deyək
24.09.2016 [09:44]
Ölkəmiz növbəti dəfə mühüm siyasi-hüquqi proses ərəfəsindədir. Bir neçə gündən sonra - sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Azərbaycanımızın daha da qüdrətlənməsi, inkişafımızın davamlı olmasını istəyən hər bir ölkə vətəndaşı kimi gənclər də bu referenduma ciddi şəkildə hazırlaşırlar.
Bu əlavə və dəyişiklikləri zəruri edən səbəblərə keçməzdən öncə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan ötən müddət ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində atılan addımlar barədə qısa məlumatın verilməsini zəruri hesab edirəm.
Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrin 12-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Bununla belə, zamanın tələbindən irəli gələrək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Lakin dünyada cərəyan edən proseslər, yeni inkişaf tendensiyaları və onların meydana çıxardığı tələblər, ən əsası isə 2009-cu ildə həyata keçirilmiş Konstitusiya islahatından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanununa bəzi əlavə və dəyişikliklərin edilməsi zərurətini yaratmışdı. Və Prezident İlham Əliyevin 18 iyul tarixində imzaladığı Sərəncama əsasən Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi də məhz bu zərurətdən irəli gəlir.
Məlumat üçün bildirək ki, səsverməyə çıxarılan Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin əlavə edilməsi nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Konstitusiyaya təklif olunan dəyişikliklər bütün vətəndaşların, o cümlədən Azərbaycan gəncliyinin maraq və mənafelərinə uyğundur. Daha dəqiq desək, Konstitusiya islahatları ölkə gəncliyinin inkişafı üçün də geniş imkanlar açır.
Bu imkanlardan danışarkən təklif edilən dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi (“yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin) və 100-cü maddəsi ilə bağlı dəyişiklik (“yaşı 35-dən aşağı olmayan” sözləri çıxarılsın) üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Çünki hər iki halda söhbət müvafiq olaraq parlament və prezident seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal tənzimlənməsindən gedir ki, bu da gənclərin gələcək inkişafı, qanunverici orqanda, həmçinin dövlət idarəçiliyində daha yaxından iştirakına geniş imkanlar açır.
Məhz bu gerçəkliyi dərk edən gənclər, xüsusilə Yeni Azərbaycan Partiyasının, o cümlədən partiyanın Səbail rayon təşkilatının gənc fəalları Konstitusiya dəyişikliklərinin əhəmiyyətinin cəmiyyətə çatdırılması işində aktivlik nümayiş etdirirlər. İstər müxtəlif görüş və tədbirlərdə, istərsə də sosial şəbəkələrdə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti və önəminə dair təbliğat işləri aparılır, bu islahat xarakterli dəyişikliklərin ölkəmizin inkişafına xidmət etdiyi diqqətə çatdırılır.
Bir sözlə, Konstitusiya dəyişiklikləri ölkəmizin milli maraqlarına, o cümlədən hər bir vətəndaşın və gənclərin mənafeyinə uyğundur. Ona görə də üzümü gənc seçicilərə tutaraq sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, gələcək inkişafımız naminə bu dəyişikliklərə “HƏ” deməyə çağırıram.
Samirə Allahverdiyeva,
YAP Səbail rayon
təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15

