Dünənin, bu günün və gələcəyin partiyası
19.11.2016 [10:00]
Bir neçə gündən sonra Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 ili tamam olur. Ötən 24 il ərzində dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin qorunub-saxlanılmasında özünəməxsus rolu olan YAP-ın fəaliyyəti danılmazdır. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixinin son dərəcə ağır, çətin bir dövrünə təsadüf edir. Azərbaycanda 1990-cı ilin əvvəllərində yaranmış partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq böhran vəziyyətinə çatdırmışdılar. Ölkədə baş verən bu ağır proseslər xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu səbəbdən də ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir çətin vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu öndər Heydər Əliyevə müraciət göndərildi. O dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edən Ulu öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr yaratması səbəbindən gələ bilmirdi. Elə buna görə də partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağlam mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Tam əminliklə deyə bilərik ki, YAP bu gün xalqın partiyasına çevrilib. Haqlı olaraq qeyd olunur ki, bu gün ölkədə YAP-la rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Ulu öndərimiz Heydər Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi: “YAP - dünənin, bu günün, sabahın partiyasıdır”.
Bu gün Azərbaycana Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev rəhbərlik edir. Azərbaycan Heydər Əliyev siyasəti, Heydər Əliyev dəst-xətti ilə cənab Prezidentimiz İlham Əliyev tərəfindən idarə edilir və bütün dünya dövlətləri arasında öz sözünü deməklə yanaşı seçilən dövlətlər sırasında yer almağa nail olub. Azərbaycan xalqının iradəsini ifadə edən cənab Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Cənab Prezident İlham Əliyev Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu uğurla həyata keçirən bir lider olmaqla yanaşı, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn cənab Prezident İlham Əliyevə, Heydər Əliyev siyasətinə olan sevginin nəticəsidir ki, partiyanın sıraları gündən-günə, durmadan artmaqda davam edir. Hal-hazırda YAP-ın üzvlərinin sayı 700 min nəfərə yaxındır. Bu da xalqın sevərək seçdiyi iqtidar partiyasına olan güvən və sevgisinin nəticəsi, göstəricisidir.
Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti gənclərimizə olan diqqət və qayğının təcəssümüdür. Bu gün YAP Qadınlar Şurasının və YAP Gənclər Birliyinin fəaliyyəti bunun əyani nümayişidir. Bacarıqlı gənclərin və qadınların irəli çəkilməsi, onlara hər cür şəraitin yaradılmasına yönəlmiş siyasət partiyamızın Sədri cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər seçkidən-seçkiyə partiyanın namizədləri arasında gənclərin və qadınların sayı durmadan artır. Hal- hazırda YAP-ın sıralarında gənclər ümumi göstəricinin 40 faizdən çoxunu, qadınlar isə 48 faizdən çoxunu təşkil edir. Bu da gənclər və qadınlarımızın da partiyamıza olan sevgisi və güvənini bir daha özündə əks etdirir.
Bu gün 24 illik bir tarixi yaşayan və xalqına yaşadan bu partiya hələ bundan sonra da xalqın güvəni və sevgisi ilə uzun müddət yaşayacaq və yaşadacaqdır.
Samirə Allahverdiyeva
YAP Səbail rayon təşkilatının
məsləhətçisi
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

