Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Quba rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü qeyd olunub

YAP Quba rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü qeyd olunub

22.11.2016 [10:11]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov partiyanın hansı tarixi şəraitdə yaradılması haqqında ətraflı məlumat verib. O, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışıb.
Sonra millət vəkili Yevda Abramov, Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü Həsən Günəşli, YAP Quba rayon təşkilatının üzvü Elza Orucova çıxış edərək YAP-ın hansı zərurətdən yaranması haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Qeyd ediblər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində iqtidarda olmuş AXC və Müsavat Partiyasının və onların rəhbərlərinin apardığı səriştəsiz siyasət nəticəsində Azərbaycanı dərin iqtisadi-siyasi böhran bürümüşdü. Ölkənin bütün iqtisadi sütunları dağılmış, siyasi böhran dərinləşmişdi, qardaş qardaşa güllə atırdı. Məhz belə bir çətin dövrdə YAP təsis olundu və Ulu öndərimiz partiyanın Sədri seçildi. Bundan sonra dövlətimiz böyük iqtisadi güc qazandı və ölkəmizdə tam siyasi sabitlik yarandı.
Tədbirin sonunda YAP Quba rayon təşkilatının fəal üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara vəsiqələr təqdim edilib.

Paylaş:
Baxılıb: 793 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30