Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

02.03.2017 [09:44]

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının X konfransa hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti yığıncaq Əkinçilik ET institutu ərazi ilk partiya təşkilatında keçirilib.
Yığıncaqda YAP Abşeron rayon təşkilatının Əkinçilik ET İnstitutu ərazi ilk partiya təşkilatının sədri Sevindik Dünyamalıyev hesabat məruzəsi ilə çıxış edib.
Sonra çıxış edən Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai YAP-ın regionda ən böyük siyasi qüvvə olduğunu bildirib.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-ın ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayan B.Vəliyev bu uğurlarda üzvlərinin sayı 700 minə çatan YAP-ın mühüm rol oynadığını da bildirib.
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər.
Daha sonra yığıncaqda Sevindik Dünyamalıyev yenidən Əkinçilik ET İnstitutu ərazi ilk partiya təşkilatının sədri seçilib. İclasda həmçinin sədrin müavinləri, ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və YAP Abşeron rayon təşkilatının X konfransına nüməyəndələr seçiliblər.
Qeyd edək ki, YAP Abşeron rayon təşkilatının Mehdiabad 3 və 4 saylı orta məktəb ərazi ilk partiya təşkilatlarında da hesabat-seçki yığıncaqları keçirilib.

Paylaş:
Baxılıb: 776 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30