Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının X konfransı keçirilib
18.04.2017 [09:18]
Namiq Əhmədov: YAP Xəzər rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir və təşkilatın sıraları artmaqda davam edir
Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib. Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü İsa Həbibbəyli, Mİlli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Xəzər İnkişaf Fondunun direktoru Elmar Mədətov və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər. Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov hesabat məruzəsi ilə çıxış edib. N.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası davamlı şəkildə əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib və artıq bu gün partiya növbəti zəfərlərə, qələbələrə doğru inamla irəliləməkdədir. N.Əhmədov bildirib ki, bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir. Onun sözlərinə görə, YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir. Əlbəttə ki, əldə edilən hər bir nailiyyətin arxasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyaları dayanır: “Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer almaqdadır. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır”.
YAP Xəzər rayon təşkilatının fəaliyyəti barədə danışan N.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı ilbəil fəaliyyətini genişləndirir və təşkilatın sıraları artmaqda davam edir: “Sevindirici haldır ki, partiyamıza qoşulanların arasında gənclər üstünlük təşkil edir. Təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə fəaldırlar. Belə ki, bütün seçkilərdə YAP Xəzər rayon təşkilatı xeyli fəallıq göstərib, həm seçicilər arasında maarifləndirmə işinin, həm də partiyanın təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilib. Ötən dövrdə YAP Xəzər rayon təşkilatı tərəfindən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların, o cümlədən regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlərin və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına edilən müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət dəstəklənir, ölkədə aparılan böyük quruculuq işlərinin bəyənildiyi ifadə olunur. Biz bu uğurlarımızla kifayətlənməyərək, partiyamızın növbəti uğur və qələbələri üçün daim yorulmadan çalışacağıq”.
Tədbirdə YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva, təşkilatın Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və təşkilatın Gənclər Birliyinin sədri Taleh Məmmədov çıxış edərək hesabat dövrü ərzində rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək YAP-ın ölkənin avanqard siyasi qüvvəsi olduğunu bildirib. Onun sözlərinə görə, partiyamızın sıralarında cəmiyyətimizin intellektual potensialı birləşib: “Bu da partiyamızın gücünü artıran əsas amillərdən biridir”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü İsa Həbibbəyli isə çıxışında bildirib ki, partiyamızın üzvləri ölkəmizin inkişafı prosesində yaxından iştirak edirlər. O qeyd edib ki, bu inkişaf Xəzər rayonunda da özünü əyani şəkildə göstərir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın ölkənin ağır, çətin dövründə yarandığını xatırladıb. Onun sözlərinə görə, belə bir dövrdə Ulu öndər Heydər Əliyev tərəfindən bu partiyanın yaradılması insanlarda sabaha inam yaratdı: “YAP siyasi təşkilat kimi xalqa düzgün yol göstərdi. Müstəqilliyin əbədiliyi naminə xalqı vahid ideya ətrafında birləşdirmək, gələcək üçün perspektivləri dəqiqləşdirmək kimi vacib məsələlərin həlli, çoxillik inkişaf proqramlarının həyata keçirilməsi üçün potensialı müəyyənləşdirdi. Bu baxımdan YAP dünənimizə hörmət, gələcəyimizə rəğbət ideyaları əsasında inamla addımlayır”.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında YAP Xəzər rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, təşkilatın üzvləri rayonda həyata keçirilən abadlıq və quruculuq işlərində fəal iştirak edirlər. Xəzər rayonunda sosial-iqtisadi məsələlərin uğurla həll olunduğunu deyən G.İslamov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində Xəzər rayonu hərtərəfli inkişaf edib: “Son illərdə görülən işlərin sürətlənməsində YAP Xəzər rayon təşkilatının üzvləri daha yaxından iştirak edərək başqalarına da nümunə göstərir, Ulu öndər Heydər Əliyev irsini layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşirlər. Bu birliyin real nəticələrindən biri də Xəzər rayonunun müasirləşən siması, dinamik inkişafıdır”.
Çıxışlardan sonra rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Daha sonra təşkilati məsələlərə baxılıb, Namiq Əhmədov yenidən YAP Xəzər rayon təşkilatının sədri seçilib. Eləcə də rayon təşkilatının yeni tərkibdə Şura və İdarə Heyətinin üzvləri seçilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

