Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransı keçirilib
19.05.2017 [10:01]
Mayın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX konfransı keçirilib.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatlarından “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azay Quliyev, Kamaləddin Qafarov, Hüseynbala Mirələmov, Aydın Hüseynov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və digər rəsmi qonaqlar və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra rayon təşkilatı tərəfindən hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.
Konfransda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov geniş hesabat məruzəsi ilə çıxış edib. R.Göyüşov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası 25 ildir ki, inkişaf yolumuzu mayak kimi istiqamətləndirməkdədir. Qeyd edilib ki, hesabat dövrü ərzində YAP Binəqədi rayon təşkilatının üzvlərinin sayı 3172 nəfər artaraq, 15450 nəfər təşkil edib.
Sonra YAP Binəqədi rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Yolçu Zeynalov hesabat məruzəsi ilə çıxış edib.
Tədbirdə konfrans iştirakçılarından Mürsəl Əliyev, Tünzalə Zeynalova, Fəsli Nəbiyev çıxış edərək təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatı Kamaləddin Qafarov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyada nüfuzlu, qüdrətli dövlətə çevrilib.
Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb. Ramiz Göyüşov yenidən YAP Binəqədi rayon təşkilatının sədri seçilib. Həmçinin sədrin müavinləri, 67 nəfərdən ibarət Şura, 25 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

