Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının X konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının X konfransı keçirilib

08.06.2017 [10:11]

İyunun 7-də Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının X konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Konfransda hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev öncə partiyanın yaranma tarixi və ölkəmizin inkişafında oynadığı roldan danışıb. Natiq həmçinin qeyd edib ki, hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının üzvlərinin sayı 927 nəfər artaraq, 3552 nəfər təşkil edib.
Sonra YAP Laçın rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Tofiq Mirzəyev hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxış edən konfrans iştirakçılarından Əmirxan Ziynalov, Solmaz Məhərrəmova, Vüsal Həsənov YAP Laçın rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini vurğulayıblar.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və YAP İcra Katibliyinin əməkdaşı Kərim Kərimov, həmçinin, Milli Məclisin deputatı Mahir Abassadə və Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün ölkəmizin inkişafının əsasını təşkil edir və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyada nüfuzlu, qüdrətli dövlətə çevrilib.
Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb. İlqar İlyasov Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının yeni sədri seçilib. Həmçinin sədrin 3 müavinləri, 31 nəfərdən ibarət Şura, 13 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib.

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30